Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açıldığı deyilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 12-də məlumat yayıb.
Rəsmi məlumata baş vermiş hadisə ilə bağlı dərhal Amerika Birləşmiş Ştatlarının (ABŞ) müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.
Nazirlik qeyd edir ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili 12 oktyabr tarixində Xarici İşlər Nazirliyinə çağırılıb.
"Baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib…".
XİN hesab edir ki, son zamanlar xarici ölkələrdəki Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı hücumlar sistemli xarakter daşıyır:
"Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib".
Hələlik, bu açıqlamaya ABŞ-ın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.
Son illər Azərbaycan səfirliklərinə hücumlardan sonra həmin ölkə rəsmilərinin məsələlərin araşdırıldığı ilə bağlı açıqlamaları olmuşdu.
"Səfirliklərin qorunması dövlətlərin beynəlxalq öhdəliyidir. Görünən odur ki, yaxşı qorunmur. Amerikada, İngiltərədə, Fransada. Bu Vyana Konvensiyasının pozulmasıdır"- deyə, o qeyd edib.