Bazar ertəsi Ümumdünya Psixoloji Sağlamlıq Günüdür. Bu günü qeyd etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı intihardan ölüm hallarının yüksək olduğu bölgələrdə "maarifləndirmə və fəaliyyətə təkan vermək" kampaniyasına başlayıb.
Dünya səhiyyə orqanı bazar ertəsi verdiyi açıqlamada pandemiyanın "psixoloji sağlamlıq üçün qlobal böhran" yaratdığını və bunun "qısa və uzunmüddətli stresslərə səbəb olduğunu, milyonlarla insanın psixoloji sağlamlığını pozduğunu" bildirib.
"Təxminlər pandemiyanın ilk ili ərzində həm narahatlıq, həm də depressiv pozğunluqların artımını 25%-dən çox təşkil edir. Eyni zamanda psixoloji sağlamlıq xidmətləri ciddi şəkildə ziyan görüb və psixoloji sağlamlıq vəziyyətləri üçün müalicə boşluğu genişlənib" - deyə, BMT agentliyi bildirib.
Psixoloji sağlamlıq problemlərinin müalicəsi Afrikada xüsusilə kəskindir, orada hər 500 000 nəfərə yalnız bir psixiatr düşür. Bu isə ÜST-nin tövsiyəsindən 100 dəfə azdır.
ÜST-nin Afrikada intiharın qarşısının alınması kampaniyası problemi həll etmək məqsədi daşıyır. Afrikada hər 100 000 adamdan 11-i özünü öldürür, bu da dünya üzrə orta hesabla 100 000-dən 9-dur. Qitədə intiharların ən yüksək olduğu 10 ölkə arasında 6-sı xüsusi qeyd edilib.
ÜST-nin Afrika üzrə Regional Direktoru Dr. Matshidiso Moeti "Afrikada intihara səbəb ola biləcək psixi pozğunluqlar kimi xroniki xəstəliklər və yoluxucu olmayan vəziyyətlərin artan yükü ilə mübarizə aparmaq üçün əhəmiyyətli investisiyalar qoyulmalıdır" deyib.
ÜST-nin Afrikada dəstəklədiyi psixoloji sağlamlıq təşəbbüslərinə Zimbabvedə psixoloji sağlamlıq xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq üçün ilkin tibb işçilərinə təlim daxildir.
"Psixoloji sağlamlıq sağlamlıq və rifahın ayrılmaz hissəsidir, lakin bölgəmizdə psixoloji sağlamlıq vəziyyətinə görə köməyə ehtiyacı olan çox sayda insan yardım almır. Köklü dəyişikliklərin vaxtıdır" - deyə, doktor Moeti bildirib.