Xavyer Kolomina: NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir

“NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.

Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Twitterdə yazıb.

O qeyd edib ki, Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Görüşdə regiondakı vəziyyət və oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasındakı görüşdən sonra danışıqların statusu müzakirə edilib.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə sentyabrın 27-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda görüşü olub və iki ölkənin sərhədindəki son gərginlik müzakirə edilib.

"Biz növbəti zorakılıqdan qaçmağın və vaxtında məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik," Ceyk Sallivan görüşdən sonra qeyd edib.