Azərbaycan Prezidentinin köməkçisi ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Hikmət Hacıyev və Karen Donfried (Foto Azərbaycanın ABŞ-dakı səfirliyinindir)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi Twitter hesabında məlumat paylaşıb.

Görüşdə həmçinin ikitərəfli strateji əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.