İnsan haqları müdafiəçilərinin yaydığı məlumata görə, İran Azərbaycanında ölkənin digər şəhərləri ilə birgə baş tutan kütləvi etiraz aksiyalarında həbs edilən və ya həyatını itirənlərin adları açıqlanıb.
Hüquq müdafiəçisi Şahin Xiyavlının Amerikanın səsinə verdiyi məlumata görə, İran Azərbaycanı şəhərlərində etirazçıların kütləvi şəkildə həbs edildiyi barədə məlumatlar var.
Xiyavlı bildirib ki, keçmiş təcrübələrə əsaslanaraq, bu dəfə də daxildən bizə çatan xəbərlərə əsasən, etirazçıların kütləvi həbsi gözləniləndən çox da uzaq deyil.
2019-cu ilin noyabr aksiyalarında İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək aksiyaları, Xuzistan ərəb icmasının etirazlarına dəstək aksiyalarında etirazçıların kütləvi həbsləri qeyd olunmuşdu.
Ahraz cəmiyyətinin nümayəndəsi bildirib ki, Azərbaycan şəhərlərindən aldığı xəbərlərə görə, Təbriz, Urmiyə, Mərənd, Meşginşəhr (Xiyav) və Məlikkəndi (Məlekan) şəhərlərində kütləvi həbslər baş verib və təəssüflər olsun ki, bu insanların kimliyini müəyyənləşdirmək hələ ki, mümkün olmayıb.
Əvvəlki etirazlar kimi İran İslam Respublikası interneti və sosial şəbəkələri bağlamaqla məlumat axınının qarşısını alıb və həbs olunanların kimliyinin araşdırılmasını çətinləşdirib.
Hüquq müdafiəçisi, həmçinin hakimiyyətin internet və sosial şəbəkələrin bağlamasından dolayı daxildə olan hüquq müdafiəçiləri ilə əlaqə qurmaqda yaranan problemə toxunub, tutulan şəxslərin kimliyini müəyyən etməkdə çətinlik çəkdiyini bildirir.
Şahin Xiavalının Amerikanın Səsinə verdiyi məlumata görə, Məlikkəndi (Məlekan) şəhərində Meysəm Zəhmətkeş, Əli Zəhmətkeş, Mehdi Purkərim, Əmir Hüseyn Xəlilzadə, Rumina və Mobina Rəhmani və Mehri Güləfşan həbs edilib. Açıqlanan həmin adlar həbs olunanların yalnız bir hissəsidir və digər həbs olunanların kimliyi hələlik məlum deyil.
Təbrizdə Atila Sadıqi və Mehdi Həmidi Şəfiq həbs edilib, digər məhbuslar barədə məlumat yoxdur.
Ərdəbil şəhərində isə Möhsün Möhsünzadə, Meysəm Colani, Məhəmməd Colani, Əsgər Əkbərzadə və Səid Sadıqifər həmin şəhərdə etirazların ilk günündə həbs edilən azərbaycanlı milli fəallar arasındadır.
Zəncanda Mehrdad Qurbani hökumətə qarşı etiraz aksiyaları zamanı İran rejiminin repressiv qüvvələri tərəfindən güllələnərək həyatını itirdiyi deyilir.
Sentyabrın 25-də "İranhrs" İran İnsan Haqları cəmiyyəti İran şəhərlərində son etirazlarda həyatını itirən 55 vətəndaşın, o cümlədən Mehrdad Qurbaninin adını açıqlayıb.
İran İslam Respublikası rəsmi hesabatında ölənlərin sayının 35 olduğunu açıqlayıb.