Rusiya Prezidenti Vladimir Putin qanuna dəyişiklik edərək, fərarilər və döyüşməkdən imtina edənlər üçün cəzaları sərtləşdirib. O bundan bir neçə gün öncə Ukraynadakı hərbi uğursuzluqlar ölkədə fonunda qismən səfərbərlik elan etmişdi.
Bu həftə Parlament və Federasiya Şurasının qəbul etdiyi və sentyabrın 24-də Putinin imzası ilə qüvvəyə minən dəyişiklərə əsasən, könüllü olaraq Ukraynada əsirliyə gedənlər 10 il müddətinə həbslə üzləşə bilərlər.
Kreml bildirib ki, dəyişikliyə əsasən, məcburi əsgərlik yaşına çatan və ya ehtiyatda olan ruslar da, döyüş əməliyyatlarında iştirakdan imtina etdikləri təqdirdə 10 il müddətinə həbs oluna bilərlər.
Bundan əlavə sentyabrın 24-də imzalan bir digər qanun Ukraynada döyüşənlərin sıralarını artırmaq səylərinin bir hissəsi olaraq Rusiya ordusunda xidmət edən əcnəbilərin Rusiya vətəndaşlığına çıxışlarını asanlaşdırır.