Britaniya kraliçanın dəfn mərasimindən sonra təmizlənir

Kraliça II Elizabetin dəfn mərasimindən sonra kral ailəsi daha bir həftə matəm saxlasa da, Britaniyada ictimai həyat bərpa olunduğundan hökumət binalarında bayraqlar tam qaldırılıb və təmizləmə işləri davam edir.

Böyük Britaniya hökumətinin bildirdiyinə görə, dörddə bir milyona yaxın insan kraliça ilə vidalaşmaq üçün gecə-gündüz növbəyə dayanıb.

Sentyabrın 8-də ölməzdən iki gün əvvəl kraliça tərəfindən baş nazir təyin edilən Liz Trass dəbdəbəli dəfn mərasimində Bibliya oxunmasından bir neçə saat sonra BMT Baş Assambleyasına yola düşüb.

Nyu-Yorka gedərkən Trass mərhum monarxa göstərilən "böyük sevgi və məhəbbət axınını", həmçinin onun varisi Kral III Çarlza göstərilən "böyük mərhəmət" hissindən danışıb.

73 yaşlı Çarlz və ailəsi daha 7 gün matəm saxlayacaq. Bu o deməkdir ki, o, yeni səltənətində yorucu bir həftə keçirdikdən və ömür boyu boynuna götürməyə hazırlaşdığı bu rolun təmtəraqlı tamaşasına qatıldıqdan sonra heç bir rəsm mərasimdə iştirak etməyəcək.

Krallığın Twitter hesabında kraliçanın 1971-ci ildə Şotlandiyadakı Balmoral igamətgahında gəzintiyə çıxdığı və İngiltərənin ən uzun müddət monarxı olaraq 96 yaşında vəfat etdiyi şəklini dərc edib.

Fotoşəkildə bu sözlər yzılıb: "Mələklərin uçuşu səni dincəltsin. Əlahəzrət Kraliçanın əziz xatirəsinə".

Sitat Şekspirin "Hamlet" əsərinin faciəvi yekunundandır və Çarlz da anasının vəfatından bir gün sonra kral kimi ilk milli çıxışında bu sözlərdən istifadə etmişdi.

Britaniyanın Milli Şəbəkəsi bazar ertəsi səhər saat 10:30-dan 11:00-a qədər Böyük Britaniyanın elektrik şəbəkəsində istifadədə iki giqavat azalma olduğunu bildirib. Bu, 200 milyon lampanın söndürülməsinə bərabərdir.

"Bu, insanların dəfn üçün vaxtında adi fəaliyyətlərini dayandırması idi" - deyə, sözçü AFP-yə bildirib.

Dəfn mərasimi üçün rəsmi tətildən sonra iş həyatı bərpa edilib və işçilər bazar ertəsi London küçələrində düzülən milyondan çox insanın tərk etdiyi zibilləri təmizləməklə məşğuldur.

Hökumətin rəsmi matəmdən sonra siyasi həyat da bərpa olunduğu üçün parlament üzvləri yeni suverenlərinə sədaqət andı içməyə hazırlaşırlar.

Mədəniyyət naziri Mişel Donelan Vestminster abbatlığında yüzlərlə xarici yüksək vəzifəli şəxs üçün geniş təhlükəsizlik əməliyyatına səbəb olan dövlət dəfn mərasiminin yekun dəyərini bilmədiyini deyib.

Lakin o, Sky News-a bildirib ki, Britaniya ictimaiyyəti buna "yaxşı pul xərcləndiyi" ilə razılaşacaq.

"Orada minlərlə insan gördünüz və düşünmürəm ki, kimsə mərhum monarxımızın 70 ildən çox müddətə verdiyi vəzifə və fədakar xidmətini nəzərə alaraq bu yola salınmağa layiq olmadığını düşünməyək."

Donelan əlavə edib ki, Çarlzın tacqoyma mərasiminin tarixi müəyyən edilməyib. Bu hadisə diqqəti Vestminster abbatlığına qaytaracaq və yeni kralın anasının oynadığı eyni birləşdirici rolu oynaya biləcəyi ilə bağlı müzakirələrə səbəb olacaq.