Vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb

Vəkil Elçin Sadıqov

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, Zəki Bababyevin sədrliyi ilə keçirilən prosesdə vəkilin şikayəti qismən təmin edilib.

Vəkil Əsabəli Mustafayev

Məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsaslar olmadığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib.

Lakin şikayət cinayət işinə xitam verilməsi ilə bağlı hissə də təmin olunmayıb.

Xatırlatma

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib.

Onlar külli miqdarda rüşvət almaqda köməkçilik maddəsi ilə ittiham olunurlar. Əvəz Zeynallı və Elçin Sadıqov ittihamı qəbul etməyiblər. Hər ikisi bu ittihamların peşə fəaliyyəti ilə bağlı olduğunu deyirlər. Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyiblər. Onlar Azərbaycan hakimiyyətindən adı çəkilən şəxslərin azadlığa buraxılmasını istəyiblər.

Qeyd edək ki, Əvəz Zeynallı və Elçin Sadıqov ötən gün prokurorluq orqanları tərəfindən saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.