Milli fəal İsmayıl Əhmədi Əhər İnqilab Məhkəməsində hakim qarşısına çıxarılıb

İsmayıl Əhmədi

İranın Şərqi Azərbaycan vilayətində milli fəal İsmayıl Əhmədinin məhkəmə iclası keçirilib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Əhmədi bir neçə gün əvvəl Əhər şəhərinin İnqilab Məhkəməsində hakim qarşısına çıxarılıb.

Siyasi fəalın “İslam Respublikasının nizamının əleyhinə təbliğat” aparmaq ittihamı ilə mühakimə olunduğu bildirilib.

İsmayıl Əhmədi keçən may ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb, bir gün sorğu-sual edildikdən sonra müvəqqəti olaraq sərbəst buraxılmışdı. Məmurlar onu saxladıqları zaman evində axtarış aparıb və şəxsi əşyaları, o cümlədən mobil telefonunu müsadirə etmişdilər.

SEE ALSO: İranın kəşfiyyat qüvvələri təbrizli şairin evində axtarış aparıb

“İslam Respublikasının nizamının əleyhinə təbliğat” ittihami İran Azərbaycanında fəaliyyət göstərən bir çox siyasi və mədəni fəalın tez-tez məruz qaldığı ittihamlardan biridir.