Paris-Sinqapur reysi ilə uçan təyyarə Bakıda təcili eniş edib

Bakı hava limanı

Sentyabrın 9-da Paris-Sinqapur reysi ilə uçan təyyarə Bakı hava limanında təcili eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin məlumatına görə, "Singapore Airlines" aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Bakı Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

"Boinq777" təyyarəsi yerli vaxtı ilə saat 06.26-da Bakı hava limanında eniş edib. Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib," məlumatda qeyd edilir.

Təyyarənin hansı texniki səbəbdən təcili eniş etdiyi barədə detallı məlumat verilməyib.