Qubada miqrasiya ilə əlaqədar bir həftəlik yay məktəbinin rəsmi açılışı olub

Avropa İttfaqının Bakıdakı nümyəndəliyinin məlumatına əsasən, Azərbaycanın Quba rayonunda miqrasiya ilə əlaqədar bir həftəlik yay məktəbinin rəsmi açılışı olub.

Məlumatında Avropa İttifaqının miqrasiyanın idarə edilməsinə və miqrantların hüquqlarının təşviqinə dəstəyini davam etdirdiyi bildirilir.

Məlumatda deyilir ki, Avropa İttifaqı səfiri Peter Mixalko Qubada miqrasiya ilə əlaqədar bir həftəlik yay məktəbinin rəsmi açılışını edib.

“Azərbaycan və Ukraynadan 33 tələbə və gənc mütəxəssis beynəlxalq akademik ekspertlərdən miqrasiya tədqiqatları, miqrasiya hüququ, miqrantların qavranılması, eləcə də miqrasiya ilə bağlı digər mövzularda məlumatlar əldə edəcəklər” - deyə, məlumatda bildirilir.