Təbriz şəhərinin ümumi məhkəməsi uşağına Xaqan adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən Mahmudi ailəsinin şikayətini təmin edib.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Mahmudi ailəsi təqribən 2 ay idi övladına seçdiyi Xaqan adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün mücadilə edirdi.
Mahmudi ailəsi Təbriz qeydiyyat idarəsinin uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsinin ardınca Təbriz ümumi məhkəməsinə müraciət etmişdi. İndi isə ümumi məhkəmənin 39-cu şöbəsinin çıxardığı qərara əsasən, qeydiyyat idarəsi Xaqan adına şəxsiyyət vəsiqəsi verməli olacaq.
Amerikanın Səsinin də surətini əldə etdiyi məhkəmə qərarında yazılıb ki, “Xaqan adının qadağa olunmuş bir ad olduğuna dair heç bir sənəd yoxdur və bu ad mədəniyyət, adət-ənənələr və dini rituallarla ziddiyyət təşkil etmir.”
SEE ALSO: Sevil Süleymani: Hakimiyyət türk kimliyini qeyri-irani gördüyü üçün türk adlarını silmək istəyirKeçən aylarda Şərqi Azərbaycan vilayətində bir neçə ailənin övladlarına seçdikləri türk adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün məhkəməyə müraciət etmələrinə dair xəbərlər yayılıb.
SEE ALSO: İranda uşaqlarına türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr etirazlarını sosial mediada paylaşırİran Azərbaycanı və Tehranda bir çox ailə uşaqlarına seçdikləri türk adları ilə şəxsiyyət vəsiqəsi ala bilmək üçün aylar və hətta illərlə mücadilə etmək məcburiyyətində qalırlar. Onlardan bəziləri müxtəlif dövlət qurumlarına müraciət etməklə bərabər səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır.