Çili yeni konstitusiyanın əleyhinə səs verdi

Çili seçiciləri yeni konstitusiya layihəsinin əleyhinə səs veriblər. Qəbul olunacağı halda bu konstitusiya dünyanın ən mütərəqqi sənədlərindən biri olacaqdı. Yeni konstitusiya 41 il öncə diktator Auqusto Pinoçetin təşviq etdiyi sənədin əvəz edilməlisini nəzərdə tuturdu.

Ölkə rəsmilərinin sentyabrın 5-i keçirilən referendumda səslərin 99 faizi hesablanandan sonra bildirdiyinə görə, 61 faizdən çox seçici yeni konstitusiyanın əleyhinə, 38 faiz isə lehinə səs verib.

2020-ci ildə təxminən 80 faiz Çili seçicisi yeni konstitusiyanın hazırlanmasının lehinə səs vermişdi. Lehinə kampaniyanın sözçüsü Karol Karoyla bildirib ki, yeni konstitusiyanın hazırlanması mandatı qalmaqdadır.

Bazar günü səsverməsindən sonra prezident Qabriel Boriç yeni konstitusiya layihəsinin hazırlanması üçün Çilinin icmaları və siyasətçiləri ilə çalışacağını bildirib. Siyasi partiyalar yeni sənədin hazırlanması üçün seçicilərlə çalışmaq öhdəliklərinə sadiq qaldıqlarını bildiriblər.

Yeni konstitusiyada ödənişsiz təhsil hüququ, səhiyyə və mənzil hüquqlarını daxil edilib. Yeni konstitusiya həmçinin yerli icmalar üçün avtonom ərazilərin yaradılmasını nəzərdə tutur.