Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördüncü görüş keçirilib. Şarl Mişelin görüşün yekunları ilə bağlı açıqladığı bəyanatda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin təşviqi istiqamətində substantiv işin fəallaşdırılması barədə razılıq əldə edildiyi bildirilir. Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşlə bağlı bəyanata əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə layihənin mətninin hazırlanması məqsədilə bir ay müddətində görüşmək tapşırılıb. Bir sıra müşahidəçilər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində yaxın zamanda mühüm irəliləyişin ola biləcəyini deyir. ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə keçmiş müşaviri Pol Qobl Amerikanın Səsinə müsahibədə Brüsseldə üçtərəfli görüş və Cənubi Qafqazda sülh perspektivlərini şərh edib.
Pol Qobl: ABŞ və Avropa İttifaqının regionda fəaliyyəti çoxlarının bağlı olduğunu düşündüyü imkanlara yol aça bilər
Your browser doesn’t support HTML5
ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə keçmiş müşaviri Pol Qobl Amerikanın Səsinə müsahibədə Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüş və Cənubi Qafqazda sülh perspektivlərini şərh edib.