İsveç Avropa İttifaqı Avropa Şurası Prezidenti Şarl Mişelin prosesdə davam edən güclü iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında dördüncü görüşü alqışlayır.
Bu barədə özünün "Twitter" səhifəsində İsveçin xarici işlər naziri Ann Linde yazıb.
“Avropa İttifaqının Cənubi Qafqazda sülh və sabitlik prosesinin bir hissəsi olması vacibdir", - deyə Ann Linde bildirib.
Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşü olub.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanat verib.
Bəyanatda deyilir: “May ayında keçirilmiş son görüşümüzdə razılaşdığımız kimi, bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdüm.
Bu, bizim bu formatda dördüncü görüşümüz idi. Biz Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik.
Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi. Buna görə hər iki liderə təşəkkür edirəm. Biz gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik.
Bizim son görüşümüzdə əldə etdiyimiz razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır."