Mütəxəssislər: "Səs-küylü" məlumatlar Trampın və ya tərəfdaşlarının təhqiqata mane olmuş ola biləcəyini ortaya qoyur

Your browser doesn’t support HTML5

Mütəxəssislər: "Səs-küylü" məlumatlar Trampın və ya tərəfdaşlarının təhqiqata mane olmuş ola biləcəyini ortaya qoyur

Mütəxəssislər Ədliyyə Departamentinin çərşənbə axşamı gecəsi təqdim etdiyi sənədlərdə keçmiş prezident Donald Trampın Floridadakı iqamətgahında və klubunda FTB-nin axtarışına icazə verməli olduqlarını bildirən açıqlamada qalmaqal elementləri görürlər. Çünki ABŞ hökumətinə məxsus məxfi sənədlər istintaqa mane olmaq üçün "ehtimal ki, gizlədilib və məhv edilib".

Gecə Ədliyyə Departamentinin ərizəsinə əlavə olaraq yayımlanan fotoşəkildə keçmiş prezident Donald Trampın Mar-a-Laqo iqamətgahındakı ev ofisinin döşəməsinə yayılmış məxfi sənədlər göstərilir. Bir mütəxəssisin Amerikanın Səsinə bildirdiyinə görə, bu şəkillər həmin sənədlərin məxfilik səviyyəsinin çox yüksək olduğuna işarə edir.

"Bunlar fotoşəkildəki sənədlərdir, bu sənədlərin kənarındakı işarələrə əsaslanaraq büllur kimi aydın görünür ki, - parlaq narıncı hərflər - bunlar məxfi məlumatdır. Deməli, burada heç bir qeyri-müəyyənlik yoxdur. O, bu sənədləri məxfilikdən çıxardığını iddia edib və ya buna işarə edib. Bunların məxfilikdən çıxarıldığı qeyd olunmayıb. Və təbii ki, bu cür fərqlənmə olmadan, bu dəyişiklik olmadan, məxfilik vəziyyəti işləməz, çünki insanlar bir şeyin məxfi olub-olmadığını bilməlidirlər" – deyə, Amerika Universitetinin Hüquq professoru Kimberli Vehle bildirib.

Avqustun 8-də FTB-nin Mar-a-Laqoda elan edilməmiş axtarışı Trampın vəkillərindən birinin iyun ayında bütün məxfi sənədlərin geri qaytarıldığını bəyan etməsindən sonra baş verib. Ədliyyə nazirliyi bu iddianı irəli sürən Tramp vəkilinin "hökumət işçilərinə [Mar-a-Laqoda] anbar otağında qalan qutuların hər hansı birini açmasının və ya içərisinə baxış keçirməsinin açıq şəkildə qarşısını alıb və hökumətə məxfilik nişanı olan sənədlərin qalıb-qalmadığını təsdiqləməyə imkan verməyib".

Başqa bir ekspert bunun Tramp və onun vəkilləri üçün nə üçün böyük problem ola biləcəyini izah edib.

"Bunu daha da pisləşdirən, bunun ittihamla nəticələnəcəyini düşünməyimin səbəbi müqavimət, gizlətmə, əngəlləmədir. Sənədləri Mar-a-Laqoda bir yerdən başqa bir yerə köçürmək, iyun ayında FTB-yə əlavə heç nəyin olmadığı ilə bağlı and vermək. Buna baxmayaraq, FTB daha çox məlumatın, daha çox sənədin olduğuna və Tramp komandasının bunu gizlətdiyinə dair sübutları müəyyən edə bilib” – deyə, Milli Təhlükəsizlik müvəkkili Bredli P.Moss bildirib.

Moss Amerikanın Səsinə deyib ki, Trampın sənədlərə görə cinayət ittihamı ilə üzləşə biləcəyinə inanır, lakin o, bunun yaxından baş verəcəyini düşünmür.

"Daşdan keçən bir keysiniz yoxdursa, nöqtələri yerinə qoya bilmirsinizsə, belə ittiham irəli sürməzsiniz. Düşünmürəm ki, bunlar artıq var, amma bir neçə ay ərzində olacaqlarına inanıram" – deyə, o qeyd edib.

Ədliyyə Nazirliyi ehtimal ki, keçmiş prezidentin ittiham edilməsinin siyasi nəticələrini nəzərdən keçirəcək, lakin milli təhlükəsizliklə bağlı narahatlıqlar da var. Bunu Vehle deyir.

"Ancaq mənim fikrimcə, hazırda FTB-nin və ehtimal ki, CIA və ABŞ-dakı milli təhlükəsizlik aparatının digər hissələrinin önündəki daha böyük məsələ budur:" Aman Tanrım, bizim nə qədər çox məlumatımız sızılıb? Bu pozuntu nə dərəcədə ciddidir? Donald Tramp sənədləri Mar-a-Laqodan daşıyıb mı? Onun hələ də əlində olduğu haqqında bilmədiyimiz əlavə sənədlər varmı?” Və böyük sual: O, bizim xarici düşmənlərimizə bu sənədlərə çıxış veribmi?" – deyə, o qeyd edib.

Tramp hər hansı qanun pozuntusunu rədd edib, lakin Ağ Evdən bu qədər məxfi sənədləri niyə çıxardığını izah etməyib. Sosial şəbəkələrdəki paylaşımlarında o, Ədliyyə Nazirliyinə və FTB-yə hücum edərək, heç bir sübut olmadan evində axtarışın siyasi motivli olduğunu bildirib.

"İndi FTB-yə qarşı yeni hücumları görmək qıcıqlandırır" – deyə, Bayden qeyd edib.

Prezident Co Bayden bəzi respublikaçıların FTB-yə hücumlarını pisləyərək, onların sadəcə işlərini yerinə yetirdiklərinə görə həyatları təhlükə altına alınan hüquq-mühafizə agentləri olduğunu deyib. Bayden həmçinin bildirib ki, o, Trampın sənəd təhqiqatını tamamilə Ədliyyə Nazirliyinin öhdəsinə buraxacaq.