Ukraynanın atom elektrik stansiyasının yaxınlığındakı ərazi yenidən atəşə tutulub

Zaporijye Atom Elektrik Stansiyası, 4 avqust, 2022.

Ukrayna prezidenti Volodimir Zelenskinin Moskva tərəfindən hərbi müdaxilənin bu həftə altıncı ayının tamam olduğu ərəfədə Rusiyanın yeni “xüsusilə qəddar” mümkün hücumu ilə bağlı xəbərdarlıq etdiyi vaxt bazar günü səhər saatlarında Ukraynanın cənubunda Zaporijye Atom Elektrik Stansiyasının yaxınlığında Nikopol şəhəri artilleriya atəşinə tutulub.

Rusiya Ukraynanın əsas Qara dəniz limanı və taxıl ixracı mərkəzi olan Odesa yaxınlığındakı obyektləri hədəf alıb. Lakin Nikopolun bombalanması xüsusi narahatlıq yaradıb. Ukrayna vilayətinin qubernatoru Valentin Rezniçenko Telegram mesajlaşma kanalında şəhərə 25 artilleriya mərmisinin düşməsi nəticəsində sənaye obyektində yanğının baş verdiyini və 3000 insanın elektriksiz qaldığını yazıb.

SEE ALSO: Zelenski Ukraynaya müdaxilənin altıncı ayı tamam olduğu ərəfədə Rusiyanın yeni “qəddar” hərəkətləri barədə xəbərdarlıq edib

Zaporijja atom elektrik stansiyası yaxınlığında döyüşlər və şənbə günü Ukraynanın cənubunda ölkənin kinci ən böyük nüvə obyektinin yaxınlığında yerləşən Voznesensk şəhərinə raket hücumu dünya liderlərinin nüvə qəzası ilə bağlı qorxularının artmasına səbəb olub.

Çərşənbə günü Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin altı ayı tamam olur və Ukraynada müstəqilliyin 31-ci ildönümü qeyd edilir.

Zaporijya stansiyasının ətrafındakı ərazilərin bir neçə həftədir atəşə tutulması nüvə fəlakəti ilə bağlı qorxuların artmasına gətirib çıxarıb.

Reuters agentliyinin Mikolaev vilayətinin qubernatoru Vitali Kimə istinadən verdiyi xəbərə əsasən, şənbə günü Ukraynanın ikinci ən böyük Pivdennoukrainsk atom elektrik stansiyasından təxminən 30 kilometrlik məsafədə yerləşən Voznesensk şəhəri Rusiya raketi ilə vurulub.

Kim Telegram kanalında raket zərbəsi nəticəsində azı 9 nəfərin yaralandığını, Voznesenskdə evlərə və yaşayış binasına zərər dəydiyini bildirib.

Ukraynanın dörd nüvə enerjisi generatorunu idarə edən dövlət Enerqoatom şirkəti Voznesenskə hücumu “Rusiyanın nüvə terrorizminin növbəti aktı” adlandırıb.

“Ola bilsin ki, bu raket xüsusi olaraq martın əvvəlində Rusiya hərbçilərinin geri ələ keçirməyə çalışdığı Pivdennoukrainsk AES-ə yönəlib,” Enerqoatom açıqladığı bəyanatında bildirib.

Ukrayna BMT və digər beynəlxalq təşkilatlardan zavodun ukraynalı mütəxəssislər tərəfindən idarə olunmasına baxmayaraq, Rusiyanı mart ayından işğal altında saxladığı Zaporijye stansiyasından çıxmağa məcbur etməsini istəyib.