Azərbaycanda sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırılıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.

Müdafiə Nazirliyindən bildirilib ki, Daşqın Qasımov və Toğrul Feyruzlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

“Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir” - məlumatda deyilir.

Müdafiə Nazirliyi bundan öncə də smartfon tipli telefon istifadə etməsinə görə bir sıra hərbi quııuqçuları ordu sıralarından xaric edib.