Simin Səbri: İslam Respublikası gücünü göstərmək üçün qadınlara təzyiqi artırır 

Simin Səbri

Psixiatr və siyasi fəal Simin Səbri Amerikanın Səsi ilə söhbətdə İran prezidenti İbrahim Rəisinin vəzifəyə gəlməsindən sonra ölkədə müxtəlif siniflərə qarşı artan basqı və məhdudiyyətləri dəyərləndirib.

Simin Səbrinin sözlərinə görə, İbrahim Rəisi dönəmində toplumun müxtəlif kəsimlərinə qarşı basqı və zorakılığın artdığı qədər, o kəsimlərin təpkiləri də artıb. O, etirazların keçmişə görə daha da sərtləşdiyini vurğulayır.

Your browser doesn’t support HTML5

Simin Səbri İbrahim Rəisi dönəmində İranda qadınların məruz qaldığı təzyiqləri şərh edir

Bu rejimdə qadınların divarı hər zaman alçaq olub. Yəni, harada ki, rejim istəyib hədə-qorxu gəlsin qadınlara basqını artırıb. Demək istəyir ki, kontrol mənim əlimdə.

“İnsanlar artıq ölümdən qorxmur. Canlarını dişlərinə alıb böyük plakatlarla etiraza çıxırlar. İbrahim Rəisiyə qarşı, Xameneyiyə qarşı, ümumiyyətlə sistemə qarşı küçələrdədirlər. Qadınlar olsun, müəllimlər olsun və ya təqaüdçülər və işçilər öz siniflərinin tələbləri ilə bərabər həm də siyasi məhbusların, tutulan əməkçilərin azadlığını istəyirlər. Artıq bu insanların hamısı hüquqlarını tələb edən fərdlər olublar,” Səbri söyləyir.

SEE ALSO: İranda qadınların reklamda çəkilişinə qadağa qoyulub

Onun dediklərinə görə, İranın təhlükəsizlik və polis qüvvələri dinc etirazları susdurmaq üçün yeri gəldiyində odlu silahlardan da istifadə edir amma insanlar təpkilərini daha da sərtləşdirərək etiraza davam edirlər:

“İnsanlar son bir neçə onillikdə hər yolu sınadılar. Vaxtı ilə islahatçıların ardınca getdilər amma onlardan ümidləri kəsildi. Zaman-zaman bəzi prezident namizədlərinə səs verdilər. Çünki, onların vədlərində həqiqətən də problemlərin çözümlərini görürdülər. Bu şansı tanıdılar. Amma, artıq indi deyirlər ki, islahatçı və ya mühafizəkar söhbəti bitib. Yəni, insanlar artıq oraya yetirib ki, heç kəsə ümidləri qalmayıb.”

SEE ALSO: Simin Səbri: İran qanunları qadının ibtidai hüquqlarını da kişinin əlinə tapşırır
İnsanlar artıq ölümdən qorxmur. Canlarını dişlərinə alıb böyük plakatlarla etiraza çıxırlar.

Siyasi fəal deyir ki, “İranda müxtəlif kəsimlər artıq rejimin dəyişməsindən başqa çarə görmürlər.”

İranda son vaxtlar yoxsulluq və bahalığın artması ilə birlikdə İslam Respublikasının hakimiyyət orqanları hicab və iffət məsələsini vurğulamaqla qadınlara qarşı təzyiqləri də artırıb.

Simin Səbrinin sözlərinə görə, “bu rejimdə qadınların divarı hər zaman alçaq olub. Yəni, harada ki, rejim istəyib hədə-qorxu gəlsin və güc tətbiq etsin qadınlara basqını artırıb. Demək istəyir ki, kontrol mənim əlimdə. Ona görə bir çox fərqli qüvvələr var ki, müxtəlif adlarla fəaliyyət edirlər və küçələrə zorakılıqla qadınların geyiminə [müdaxilə edirlər].”

Hüquq müdafiəçiləri polis qüvvələri, eləcə də qadınların geyinməsinə nəzarət üçün təyin edilən fərqli qüvvələrin xüsusilə İbrahim Rəisi dönəmində əhaliyə qarşı daha mərhəmətsiz davranmağa başladığını önə çəkirlər.

Simin Səbri xüsusilə məcburi hicaba qarşı təşkil olunan kampaniyalara işarə edərək qadınların da bu basqılara qarşı təpkilərinin artdığını ifadə edir.