Avqustun 4-də ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı Qarabağdakı mövcud durumu müzakirə edib.
Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib ki, Dövlət katibi Blinken Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından bəri ilk Ukrayna taxılının Qara dəniz vasitə çıxarılmasına səbəb olan Türkiyənin diplomatik səylərini yüksək qiymətləndirib.
“O, yeni gəmilərin yola düşə bilməsi üçün birgə işləməyin vacibliyini vurğuladı və Moskvanın üzərinə götürdüyü öhdəliklərə görə məsuliyyət daşımasının vacibliyini dedi. Dövlət katibi Dağlıq Qarabağ münaqişəsini də gündəmə gətirərək qeyd etdi ki, ABŞ Azərbaycan və Ermənistan arasında dialoqu asanlaşdırmaq və münaqişənin uzunmüddətli siyasi həllinə kömək etmək üçün tərəfdaşlarla və ATƏT-in Minsk Qrupu həmsədrləri vasitəsilə ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstərməyə hazırdır. Dövlət katibi Blinken və xarici işlər naziri Çavuşoğlu Rusiyanın Ukraynaya qarşı daha da eskalasiyası və təcavüzü təhlükəsi ilə bağlı koordinasiya və NATO birliyinin inkişaf etdirilməsi yollarını müzakirə ediblər,” Ned Prays qeyd edib.