Dövlət Departamentinin İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi Proqramının rəhbəri Azərbaycanda səfərdədir

Hüqo Guevara və Jaklin Kellon (Foto ABŞ Səfirliyinindir)

Beynəlxalq Təhlükəsizlik və Nüvə silahlarının Yayılmaması üzrə Dövlət Departamentinin İxrac Nəzarəti və Əməkdaşlıq İdarəsinin, İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi (EXBS) Proqramında rəhbəri doktor Jaklin Kellon Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Guevara Azərbaycana səfər edən doktor Jaklin Kellon ilə görüşüb.

Səfirlik bildirir ki, ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır.

“Biz Azərbaycanın kütləvi qırğın silahları və narkotik qaçaqmalçılarının qarşısını almaq bacarığını dəstəkləməyə davam edirik,” məlumatda bildirilib.

Bununla yanaşı, doktor Jaklin Kellonun səfər proqramı barədə hələ məlumat verilmir.