Rusiya Ukraynaya hərbi müdaxilə etdiyində ukraynalı biznes sahibləri birləşərək Polşada Ukraynaya Yardım Mərkəzi açdılar. Orada ukraynalı qaçqınlar və könüllülər yorulmadan bütün dünyadan gələn yardımları ayırırlar.
Bu, Polşanın Lublin şəhərində yerləşən Ukraynaya Yardım Mərkəzidir. Burada hər gün təxminən 150 könüllü Rusiya Ukraynaya qarşı müharibəsini davam etdirdiyi bir vaxt, Ukrayna üçün nəzərdə tutulmuş humanitar və tibbi yardımın çeşidlənməsi, qablaşdırılması və çatdırılmasına kömək edir.
Kaliforniyadan olan bu könüllü, Kolton Smit, iki aydır buradadır.
“Mən həyatımda Ukraynadakı müharibə kimi daha əvvəl heç bir münaqişəyə bu qədər yaxın olmamışam. Mən 2014-cü ildəki inqilabdan bəri baş verənləri yaxından izləyirdim. Və mən baş verənlər fonunda kənarda qalıb, Kaliforniyadakı işimi davam etdirə bilməzdim. İşğal başladığında mənim ürəyim parçalandı və mən gülə bilmirdim,” o deyir.
Könüllülər arasında ukraynalı qaçqınlar da var. Onlar işlərini, dostlarını, ailələrini, hobbilərini və gələcək üçün planlarını geridə qoyaraq bura gəliblər. İndi isə geridə qalanlara yardım edirlər.
Koordinator Olqa Rudneva deyir ki, Ukraynanın böyük və kiçik biznesləri bir araya gələrək bu mərkəzi açıblar.
“Biz martdan bəri buradayıq. Bizə hər an qoşulmağa hazır 900 könüllü var. Bundan əlavə hər gün 40 nəfər buraya gəlib, bizi humanitar yardımla təmin edir. Bəs biz nə edirik? Biz burada Avropa və başqa ölkələrdən gələn humanitar yardımı toplayırıq,” o bildirir.
Onlar Ukrayna hökuməti ilə əməkdaşlıq edərək, Mariupol, Mikolaiv, Çernihiv, Xarkiv və insanların təcili ehtiyaclarının olduğunu bir çox başqa Ukrayna şəhərinə yardım çatdırırlar.
Təşəbbüsə məşhur insanlar da qatılır. Məsələn, 2022 Eurovision mahnı müsabiqəsinin qalibləri – ukraynalı rep qrupu Kaluş Orkestri. Qrup bir neçə saat könüllük edib, daha sonra isə onların əməliyyatlarına dəstək məqsədilə Lublində xeyriyyə konsertində ifa edib.
“Biz Avropadakı ən böyük könüllü mərkəzinə təşəkkür və yardım etmək üçün gəlmişik,” Kaluş Orkestrının həmtəsisçisi Oleh Psiuk deyir.
Yorğun amma xoşəhval olan musiqiçilər və könüllülər birlikdə Ukrayna qaçqınlarını təmsil etmək üçen gələn qrupun “Stefania” mahnısını ifa edir. Onlar bir-birilərinə ürək-dirək verərək, Ukraynanın gələcəyi üçün güclü və birlik olmağa ruhlandırırlar.