"İnsanların ətraf mühitə mənfi təsirini azaltmaq istəyirik" 

Your browser doesn’t support HTML5

"Ecofront" ətraf mühitin mühafizəsi təşkilatının komandası ikinci-əl əşyaların ianə günü və satışı yarmarkası təşkil edib.

Bununla onlar, insanların ətraf mühitə mənfi təsirini necə azalda biləcəklərinə diqqət çəkmək istəyiblər.

Yarmarkada geyimlər, aksesuarlar, kitablar və s. bu kimi əşyalar satışa çıxarılıb.

Ecofront təşkilatının direktoru Kənan Xəlilzadə bildirib ki, bu yarmarka Ecofront-un "Secondfront" layihəsi çərçivəsində həyata keçirilib və komandanın təşkil etdiyi ilk yarmarkadır:

"Bizim əsas məqsədimiz 2-ci əl əşyaların,yəni tullantının miqdarını, həcmini azaltmaqdır. Bilirsiniz ki, 2-ci əl əşyalar istifadə olunmadığı təqdirdə tullantı kimi ya poliqonda atılır və ya yandırılır.bunun qarşısını almaq üçün biz fikirləşdik ki, belə bir layihə edək. Həmçinin tullantının azaldılması ilə bərabər biz həm də istəyirik ki istehsalatın həcmini də azaldaq. Bununla tullantı ən həcmi də azalmış olur"

Yarmarkada yalnız alış etmək istəyənlər deyil, eyni zamanda istifadə etmədiyi əşyaları ianə edənlər də iştirak edib.

Secondfront onlayn ikinci-əl mağazasına ianə edilənlər satışa çıxarılır və əldə olunan gəlir Ecofront-un ekoloji problemlərlə bağlı layihələrinin xərclərinin qarşılanmasında istifadə edilir.

İştirak edənlərə ətraf mühitə insanların təsirini azaltmağın faydaları, yolları haqqında məlumat verilib.