Bakıda ictimai foto festivalı keçirilib

Your browser doesn’t support HTML5

Salaam Cinema Baku-nun bağında ictimai-satış foto festivalı keçirilib.

Məqsəd isə fotoqraf icmasını yaratmaq, şəbəkələşmək və yeni fotoqraflara dəstək olmaqdır.

Festivalda iştirak etmək fotoqraflar istənilən janrda çəkdiyi fotoları çap edərək bu satış-sərgi festivalında nümayiş etdirib. Satışa çıxarılan fotolar isə simvolik olaraq eyni qiymətə satılıb.

Salaam Cinema Bakunun təmsilçisi İlkin Məmmədov 30-dam çox fotoqrafın festivalda iştirak etdiyini deyib:

"30 fotoqraf müraciət edib. Bu ancaq emailə fotoları yollayanlardır. Ancaq bəziləri emailə göndərməyib, məncə, 30-dan daha çoxdur. Hər birisi ən azı 5-10 foto ilə bura gəliblər. Amma janrlar bir-birindən çox fərqlənir. Bunu da çox sevirik. Həm professional fotoqraflar, həm də fotoları heç yerdə sərgiləməyən həvəskar fotoqraflar gəliblər".

Bu festival Salaam Cinema Bakunun həyata keçirdiyi "Açıq məkan" adlı layihə çərçivəsində baş tutub. Belə ki, layihə istənilən şəxsə həyata keçirmək istədiyi ideyaları reallaşdırmağa şərait yaradır.

Fotoqraf Coşqun Süleymanov da onlardan biridir. O festivalın ideya müəllifi kimi düşünür ki, fotoqrafların öz fotolarını sata biləcəyi birlik olmalıdır:

"Düşünürəm ki, şəkil çəkmək ancaq Instagram-da paylaşmaq və s deyil. Yəni, insanlar əsl öz istədikləri sənətlə məşğul olub, ordan istədiyi məbləği qazanıb həyatlarına davam edə bilərlər. Ümumiyyətlə, daha çox axtarışdayam ki, necə etmək olar ki bizdə insanları bir araya toplayaq, bizim bir birliyimiz olsun. Yəni biz göstərə bilək ki, əslində bizdə də yaxşı fotolar var, yacşı fotoqraflar var və onlar çox uzaqda deyil".