Sevil Süleymani: Urmiyə gölündə ekoloji fəlakət milyonlarla insanın həyatına təsir edir

Your browser doesn’t support HTML5

Corc Meyson universitetində sosiologiya üzrə doktorant Sevil Süleymani Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında ətraf mühit müdafiəçiləri və fəallar tərəfindən sosial media şəbəkələrində Urmiyə gölünün quruması ilə bağlı geniş kampaniya haqda danışıb.

Bu günlər İran Azərbaycanında ətraf mühit müdafiəçiləri və fəallar tərəfindən sosial media şəbəkələrində Urmiyə gölünün quruması ilə bağlı geniş kampaniya aparılır. Qurumaqda olan Urmiyə gölündə yaranmış ekoloji vəziyyət artıq illərdir İran Azərbaycanında fəalların diqqət mərkəzindədir. Ekspertlərin fikrincə, Urmiyə gölünün quruması ekoloji, səhiyyə, sosial və iqtisadi problemlərin yaranması ilə müşayiət olunur. İctimai fəallar ekoloji fəlakətə İran hökuməti tərəfindən göstərilən laqeyd münasibətin səbəb olduğunu bildirərək, bunun birbaşa bölgədə yaşayan azərbaycanlılara təsirlərinə diqqət çəkir. Corc Meyson universitetində sosiologiya üzrə doktorant Sevil Süleymani Amerikanın Səsinə müsahibədə sosial mediada gölün qurumasının qarşısının alınması ilə bağlı kampaniya, Urmiyə gölündə yaranmış vəziyyətin bölgədə yaşayan insanların həyatına təsirləri və beynəlxalq ictimaiyyət tərəfindən reaksiyalar haqda danışıb.