Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi dinləmək istəmirlər"

Həkim-psixiatr Azad İsazadə Amerikanın Səsinə müsahibəsində müharibə iştirakçılarının intiharlarının psixoloji səbəblərindən, onların psixikasının bərpasından danışıb.

Your browser doesn’t support HTML5

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi dinləmək istəmirlər"

Amerikanın Səsi: Azərbaycanda müharibə iştirakçılarının intiharına səbəb olan əsas psixioloji məqamlar nədir? Müharibə iştirakçılarının psixiololoji müayinəsi təşkil edilirmi?

Kənddə yaşayan qazimizin, kənddə yaşayan müharibə iştirakçısının psixioloji yardımı alması çətindir.

Azad İsazadə: Səbəblərdən danışanda, biz başa düşməliyik ki, bu hal niyə yaranır? Bu insanlar müharibədə iştirak edib, döyüşə gedib, insan öldürüb, dostlarını itirib, özləri yaralanıb. Bu insanlar hər gün ölümlə rastlaşıb. Bu halda ölüm qorxusu azalır, çünki ölümə öyrəşiblər. Plyus aqressiya çoxalır. Bunlar artıq mülki həyata birdən-birə qayıda bilmirlər. Fiziki cəhətdən mülki həyata qayıdırlar, psixoloji cəhətdən hələ də müharibədədirlər. Bunlar hər bir xırda şeyə aqressiya göstərə bilərlər. Aqressiya ətrafa da ola bilər, daxilə də ola bilər. Daxili aqressiya (biz antiaqressiya deyirik) olanda insan başa düşür ki, mülki həyatdadır, bu avtomat silahı ilə kimisə öldürə bilməz, kimisə döyə bilməz. Bunun hamısı aqrerssiya şəklində yığılır və onun əlində bircə öz canı var. Bezir və aqressiyanı özünə qarşı istifadə edir. Müharibə iştirakçılarının psixioloji müayinəsinə gəlincə, bu müayinə təşkil olunub. Deyə bilmərik, təşkil olunmayıb. Söhbət müayinə və yardımın insana çatmasındadır. Bakıda, Gəncədə psixioloji mərkəzlər, psixiatrik xəstəxanalar, həkimlər, cürbəcür təşkilatlar var. Amma kəndə çata bilmirik. Kənddə yaşayan qazimizin, kənddə yaşayan müharibə iştirakçısının psixioloji yardımı alması çətindir. Birincisi, o anlamır ki, onda psixioloji problem var, psixioloqa getməlidir. Anlasa da heç rayon mərkəzində də psixioloqu tapa bilmir. Bakıya və ya Gəncəyə gəlməlidir. Deməli, müayinə və yardım konkret olaraq pasientə çatmalıdır. Çox vaxt çatmır.

Amerikanın Səsi: Müharibə iştirakçılarının sosial-psixoloji reabilitasiyası sahəsində beynəlxalq praktika ilə Azərbaycan praktikası arasında hansı oxşar və fərqli məqamlar var?

Biz müharibə iştirakçıları arasında intiharlarla istər-istəməz rastlaşacağıq. Söhbət, ancaq onun sayını azaltmaqdan, hansısa profilaktik işlər aparmaqdan gedir.

Azad İsazadə: Beynəlxalq praktikaya baxsaq, belə bir rəqəm məni təəccübləndirdi. ABŞ Ordusu 20 il Əfqanıstanda müharibə aparıb. Təsəvvür edə bilərik, nə qədər insan müharibədə olub, veterandır. ABŞ-da Əfqan müharibəsi iştirakçılarından 10 min adam intihar edib. Halbuki başa düşürük ki, sosial yardım, sığorta, reabilitasiya və sairə orada yüksək səviyyədədir. Deməli, biz müharibə iştirakçıları arasında intiharlarla istər-istəməz rastlaşacağıq. Söhbət ancaq onun sayını azaltmaqdan, hansısa profilaktik işlər aparmaqdan gedir. Bu gün Azərbaycanda aparılan reabilitasiyanın səviyyəsi pis deyil. Sözsüz ki, hərbi travma alanlarla işləyən peşəkar psixioloqların sayı azdır, çatdırmırıq. Amma istər-istəməz bu iki il ərzində xeyli irəliləyiş var. Reabilitasiya mərkəzləri yarandı. Amma yenə də bayaqkı suala qayıdıram ki, reabilitasiya mərkəzləri əsasən mərkəzi şəhərlərdə yerləşir. Rayonlarda da var, azdır. Hesab edirəm ki, hər bir rayonda reabilitasiya mərkəzi olmasa da, hansısa yardım mərkəzi olmalıdır ki, orada hüquqşünas, sosioloq, psixioloq olsun ki, qaziləri, veteranları bir-bir qəbul edib hüquqlarının müdafiəsi üçün ən azı istiqamət versinlər. Qazimiz istəsə də bilmir ki, hara müraciət etsin. Bəzən istəməsə də, biz onu tapıb istiqamət verməliyik, sənin problemin budur. Söhbət təkcə psixioloji problemdən getmir. Sənət problemi də var, ailə problemi də var, iş problemi də var. Təxminən bu istiqamətdə iş aparılmalıdır. Amma hələ iş aparılmır.

Amerikanın Səsi: Bir sıra ekspertlər ölkədə sosial təminatın və idarəetmənin vətəndaşlarda məmnunluq yaratmadığını bildirir və bunun intiharlara səbəb olduğunu önə çəkir. Sizcə bu sahədəki problemlər insanlarda, o cümlədən müharibə iştirakçılarında hansı psixioloji travmalar yaradır?

İnsana bəlkə sosial yardım yox, daha çox mənəvi diqqət lazımdır. Onunla yuxarıdan aşağı danışmasınlar. Onunla məsləhətləşsinlər, izah etsinlər.

Azad İsazadə: Sosial problem bəzən sonuncu an ola bilər. Sözsüz ki, sosial problem hansısa böyük problem, intihar fikri yarada bilər. Amma adətən intihar fikri yavaş-yavaş yığılır və sosial problem axırıncı damcı kimi intihara gətirib çıxara bilər. Sosial problemin həllini tapmırıqsa, - söhbət təkcə intihar edən insandan getmir, - söhbət sosial problemi həll edən insandan, məmurdan, ictimai təşkilatdan da gedir. İnsanla düzgün danışsaq, insana düzgün izah versək ki, "ay qardaş, sənin probleminin həlli yoxdur". Bunun əvəzində başqa yol var. Ya da problemin həlli var, altı aya həll olunacaq. Mən imkan daxilində məşğul olacam. Mənim də yanıma qazilər gəlir. Əsas şikayət odur ki, deyirlər "bizi dinləmək istəmirlər". Məmurlar cavab verəndə görürük ki, yola verirlər. İnsana bəlkə sosial yardım yox, daha çox mənəvi diqqət lazımdır. Onunla yuxarıdan aşağı danışmasınlar. Onunla məsləhətləşsinlər, izah etsinlər. Bu, kontuziya almış adamdır. Bəziləri yalnız orta məktəbi bitirib. O, birinci dəfə lazım olan mürəkkəb sənədləri anlaya bilmir. Başa düşmür. Buna deməli bəzən təkrar izah etmək lazımdır. Kontuziyadan sonra baş ağrısı, diqqət pozuntusu var. Deyirsən, o başa düşmür. Biz də iki-üç dəfə eyni sənədi təkrar etməyi xoşlamırıq, özümüz əsəbləşirik. Bu əsəbilik ona da keçir. Buna elə gəlir ki, şəxsən onunla belə pis rəftar edirlər. Onlara sakit yerdə, yavaş-yavaş problemi izah etmək lazımdır. Məmurlarımız da səbrli adam sayıla bilməz.

Amerikanın Səsi: Azərbaycanda minlərlə insan müharibədə həlak olub, on minlərlə müharibə iştirakçısı və əlil var. Sizcə onların hüquqlarının müdafiəsi sahəsində qanunvericilik bazası və icra mexanizmləri yetərlidirmi?

Çox geniş istifadə olunan qazi termini Azərbaycanda rəsmiləşdirilməyib.

Azad İsazadə: Bunu yəqin ki, hüquqşünaslarla müzakirə etmək lazımdır. Amma mən öz fikrimi bildirim. Çox geniş istifadə olunan qazi termini Azərbaycanda rəsmiləşdirilməyib. Çünki onun rəsmi statusu yoxdur. Azərbaycanda rəsmi olaraq müharibə veteranı var, yaralanmış insan var və müharibə əlili var. Rəsmi olaraq qazi statusu yoxdur. Yəqin ki, ölkədə qazi statusunu təsdiq edən bir qanun lazımdır. Biz kimi qazi hesab edə bilərik? Əhali arasında hər bir yaralanmış insan qazi sayılır. Yaralanmamış, lakin psixioloji travma almış, dəfələrlə ölümlə rastlaşmış, dostlarını itirən, bədən üzvləri salamat olan, lakin psixikası pozulan insan bəyəm qazi sayılmır? Faktiki olaraq müharibə vaxtı döyüşdə iştirak edən bütün hərbçiləri qazi hesab etməliyik. Onlara tibbi yardım lazım deyilsə, mütləq psixioloji yardım edilməlidir. Hüququ baxımdan qazi statusu rəsmi təsdiqini tapmalıdır ki, bilək ki, kimi qazi hesab edə bilərik.

Amerikanın Səsi: Mövcud gərgin psixioloji durumu liberallaşdırmaq üçün ilk olaraq hansı addımlar atılmalıdır?

Azad İsazadə: Bu problemi liberallaşdırmaq üçün sözsüz ki, problemin həllinə qazilərin özlərini də cəlb edə bilərik. Niyə müharidədə olan, 11-ci sinfi bitirən, qazi statusu alan şəxsdən psixioloq, sosioloq hazırlamayaq. Onların hansısa cəmiyyətini yaradaq ki, qazilər özləri bunlara edilən yardıma nəzarət etsinlər ki, yardımlar kifayət edirmi, yoxsa kifayət etmir. Burada onların özləri şəffaflıq yarada bilər. Belə bir iş var. YAŞAT Fondu yaradılıb. Bu fonda qazi rəhbərlik edir. Orada qazilər, şəhid övladları az deyil. Bu, istər-istəməz haradasa şəffaflığa gətirir. Bu insanlar problemi öz həyatlarından bilir. Yəqin ki, liberallaşma belə ola bilər. Plyus iş yerləri açmalıyıq. Yalnız adı iş yeri yox, işə qəbul üçün kurslar da açmalıyıq. Müxtəlif peşələri öyrədən kursların açılması lazımdır. Onlar fəaliyyət göstərməklə istər-istəməz bu prosesi liberallaşdırıb, şəffaf edə bilərlər.