Qvatemala və Honduras insan qaçaqmalçılığı insidentində ölənlərin ailələrinə yardım etməyə çalışır

Your browser doesn’t support HTML5

Qvatemala və Honduras insan qaçaqmalçılığı insidentində ölənlərin ailələrinə yardım etməyə çalışır

Texas ştatının San Antonio şəhərində istidə park edilmiş traktor qoşqusunda ölü tapılan yeddi qvatemalalıdan ikisi müşayiət edən böyüklər olmadan səyahət edən yeniyetmədir. Ailə üzvləri şimala təhlükəli səfərə niyə getdiklərini öyrənməyə çalışırlar.

Qərbi Qvatemaladan Paskual Guaçiak və Huan Tulul qohum idilər. Onların 13 və 14 yaşları vardı.

"15 gün əvvəl getdilər. Həyat mübarizəsi, irəli getmək üçün getdilər. Bəlkə də gələcəklərinin olduğunu düşünürdülər, amma sonra bu faciə baş verdi" - deyə, qohumları Nikolas Suy bildirib.

ABŞ-a müşayiətsiz gedən yeniyetmələr Texas ştatının San Antonio şəhərində yük maşınının içərisində ölən Meksika, Qvatemala və Hondurasdan olan 53 nəfər arasında olub. Qohumları deyir ki, onlarla son ünsiyyət keçən həftənin bazar ertəsi günorta vaxtı ABŞ-da olduqlarını bildirmək üçün mesaj göndərdikləri zaman olub. ((Manuel Tulul, Qurbanın Atası)) ((İSPANYA))

"Biz burada, Qvatemalada kasıbıq və o, bizə həyatı üçün mübarizə aparacağını deyirdi. Ona görə də getdi. Amma təəssüf ki, bu baş verdi" - deyə, Huanın atası Manuel Tulul bildirib.

Qvatemalanın Xarici İşlər Nazirliyi daha beş qvatemalalının yük maşınında öldüyünü təsdiqləyib.

"Bundan əlavə xəstəxanalarda üç yaralı var, onlara baş çəkirik. Onların vəziyyəti çox zəifdir" - deyə xarici işlər naziri Maro Bukaro bildirib.

Bukaro deyib ki, qurbanların şəxsiyyətini təsdiqləmək üçün barmaq izi və DNT testləri aparılır və Qvatemala onların repatriasiyasına davam etdirəcək.

Honduras qurbanlarının ailələri də yas içindədir. Fernando və Alehandro Kabalero əslən Hondurasın mərkəzindəki Santa Barbara ştatının Las-Veqas şəhərindən idilər. Alehandronun həyat yoldaşı Marqi Tamara Paz ilə birlikdə daha yaxşı həyat ümidi ilə ABŞ-a müvafiq sənədlər olmadan səfər etmək qərarına gəlib. Honduraslı kişilərin anası deyir ki, uşaqları vətənlərində yaxşı iş tapa bilmirlər.

"Bizə gənclərin bu miqrasiyasını dayandırmağa kömək edən fəaliyyətə, həll yollarına ehtiyacımız var" - deyə, qurbanların anası Karen Lara bildirib.

Qvatemala və Hondurasın Xarici İşlər Nazirlikləri qurbanların repatriasiya xərclərini ödəyəcəklərini və zərər çəkmiş ailələrə yardım edəcəklərini bildirir.