Zelenski Rusiya Lisiçanski ələ keçirdikdən sonra ərazini geri alacağına söz verib

Ukrayna prezidenti Volodimir Zelenski qoşunları Lisiçanskdan geri çəkildikdən sonra qabaqcıl silahların köməyi ilə əraziləri geri alacağına söz verib. Bu bölgə Ukraynanın nəzarətində olan sonuncu ərazidir.

Bazar günü gecə çıxışında Zelenski Rusiyanın atəş gücünü Ukraynanın şərqindəki Donbas bölgəsinə yönəltdiyini və Ukrayna qüvvələrinin ABŞ-ın Yüksək Mobil Artilleriya Raket Sistemi kimi Qərb müttəfiqləri tərəfindən təmin edilən uzaqmənzilli silahlarla cavab verəcəyini deyib.

"Əsgərlərimizin, xalqımızın həyatını qorumağımız da eyni dərəcədə mühüm rol oynayır. Biz divarları bərpa edəcəyik, torpaqları geri alacağıq, amma hər şeydən əvvəl insanlar qorunmalıdır" - deyə, Zelenski bildirib.

Ukrayna ordusu bazar günü bildirib ki, qalan döyüşçülərini Lisiçanskdan geri çəkmək qərarına gəlib, çünki Rusiyanın üstün qoşun sayı və texnikası qarşısında müdafiə səylərini davam etdirmək "ölümcül nəticələrə gətirib çıxara bilərdi".

Ukrayna rəsmiləri dəfələrlə müttəfiqlərini Rusiya ordusuna qarşı mübarizə aparmaq üçün arsenalını daha təkmil silahlarla gücləndirməyə çağırıb.

Ukraynaya dörd aydır davam edən hərbi müdaxilənin başlanğıcında Zelenskini devirə və ya paytaxt Kiyevi ələ keçirə bilmədikdən sonra Rusiya bütün səylərin Luhansk və Donetsk vilayətlərinin daxil olduğu Donbas bölgəsinə yönəldib.

Ukrayna Donetskdə bir neçə şəhərin nəzarətini əlində saxlayır.

Luhansk qubernatoru Serhiy Haiday Reuters agentliyinə deyib ki, Lisiçanski itirməkdə kritik heç nə yoxdur və Ukrayna şəhər uğrunda mübarizədə deyil, ümumi müharibədə qalib gəlməlidir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə rusiyapərəst separatçı hökumətin özünü adlandırdığı kimi Luhansk Xalq Respublikasının "azad edildiyi" barədə məlumat verib. "Sergey Şoyqunun verdiyi məlumata görə, uğurlu döyüş əməliyyatları nəticəsində Rusiya Federasiyasının Silahlı Qüvvələri Luhansk Xalq Respublikasının xalq milis bölmələri ilə birlikdə Lisiçansk şəhəri və bir sıra rayonlar, yaxınlıqdakı yaşayış məntəqələri, Beloqorovka, Novodruzhesk, Maloryazantsevo və Belaya Qora üzərində tam nəzarəti bərqərar edib," Rusiya Müdafiə Nazirliyinin Teleqram səhifəsində məlulumatında deyilir.

Bu arada Rusiya rəsmiləri bildirib ki, bazar günü Rusiyanın Ukrayna ilə həmsərhəd şəhərində baş verən partlayışlar azı 3 nəfərin həyatına son qoyub. Belqorodda baş verən partlayışlarda onlarla yaşayış binasına ziyan dəyib.

Rusiyalı deputat Andrey Klişas partlayışlara hərbi reaksiya verməyə çağırıb.

"Belqorodda mülki əhalinin ölümü və mülki infrastrukturun dağıdılması Ukrayna tərəfindən birbaşa təcavüz aktıdır və ən sərt hərbi cavab tələb edir" , Klişas deyib.

Ukrayna rəsmiləri Rusiyanın Belqorod partlayışları ilə bağlı iddialarını şərh etməyib.

Bərpa planı

İsveçrə bazar ertəsi və çərşənbə axşamı Ukraynanın yenidən qurulması üçün nə lazım olacağına dair konfrans keçirir.

Luqanoda keçirilən görüşdə onlarla ölkənin, eləcə də beynəlxalq təşkilatların və özəl sektorun liderləri bir araya gəlib.

Ukraynanın İsveçrədəki səfiri Artem Rıbçenko deyib ki, konfrans onun ölkəsinin bərpası üçün yol xəritəsinin hazırlanmasına kömək edəcək. Zelenskinin toplantıda video ilə çıxışı gözlənilir.

Ukraynanın baş naziri Denis Şmihal isə görüşdə şəxsən iştirak etmək üçün Ukraynadan xaricə nadir hallarda etdiyi səfər edib.