Pavlo Vışebaba Rusiyanın hərbi müdaxiləsinin ilk günündə heç bir döyüş təcrübəsi olmadan orduya qoşulub. Daha sonra tanınmış ukraynalı eko-fəal birbaşa doğma Donbas bölgəsinə üz tutub. Cəbhə xəttindəki qısa müddətli sakit zamanlarda, o, gördükləri və hiss etdiklərini qələmə alıb.
Ukraynalı ətraf mühit fəalı ruslar işğala başladığı zaman orduya qoşulub. İndi o, bir neçə günlük ailəsinin yanına gəlib, daha sonra isə geri dönəcək.
“Mən mağazadan böyük bir qutu aldım, sonra çiçəkçidən lentlər aldım. Hər şeyi hazırlayıb, gözləməyə başladım. Həyat yoldaşıma xəbər verdim ki, qorxmasın, amma qızım üçün tamamilə sürpriz oldu!” o deyir.
Vışebaba müharibədən öncə ətraf mühit və heyvan hüquqları fəalı idi.
Orduya qoşulandan sonra doğulub, böyüdüyü Donbasa göndərilib.
“Doğma torpaqlarını müdafiə etmək - Təsəvvür edə biləcəyiniz ən yaxşı xidmətdir,” o deyir.
Onun şerləri sosial şəbəkələrdə paylaşılıb.
O, şerlərdən birini qızıa həsr edib.
“Mənə müharibə haqda yazma. Söylə - yanında kiçin bir bağ varmı? Kriketlər və sikadaların səsini eşidirsənmi? Balaca ilbizlərin üzüm bağına doğru irəlilədiyini görürsənmi?” şerdə deyilir.
“Məncə şerlər cəbhə xətti ilə ev cəbhəsi arasında bir növ körpüyə çevrilə bilər. Mənim bir çox dostum belə düşünür – onlar hisslərini ifadə etmək üçün mənim şerlərimi həyat yoldaşlarına göndərirlər, çünki adətən onları bunu etmək üçün sözləri olmur,” Vışebaba söyləyir.
Lirik şerlərdən əlavə, Vışebaba müharibə ilə bağlı gülməli videolar çəkir. Məsələn onlardan biri qohum və dostlarını sakitləşdirməklə bağlıdır.
“Həyat yoldaşın, anan və ya sevgilin zəng edəndə sən dərhal günəş eynəyini taxıb, çəmənə uzanmalısan. Sonra telefonu açıb “Bura əladır, sanki kurortdasan” deyirsən,” o bildirir.
Vışebaba evində bir neçə gün keçirdikdən sonra xəbhə xəttinə geri dönür. Onun məqsədi sağ qalıb, insanlığını qoruyub saxlamaqdır.
“Əlbəttə ki, son irəliləyişləri izləmək vacibdir. Baş verənləri bilmək, xəbərləri izləmək, Ukrayna silahlı qüvvələrinə yardım etmək. Amma bu o demək deyil ki, biz insani və gündəlik həyatımızda olan hə şeydən imtina etməliyik,” o deyir.
Çətin zamanlarda bunu unutmamaq lazımdır