ABŞ dövlət katibinin müavinin köməkçisi Erika Olson və ABŞ Dövlət Departamentinin Qafqaz regionunda danışıqlar üzrə müşaviri Endryu Şofer aprelin 27-də Bakıda Azərbaycanda rəsmiləri ilə görüşlər keçirib. Görüşlər zamanı ABŞ və Azərbaycan arasında əlaqələrin inkişafı perspektivləri, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Erika Olson Azərbaycan rəsmiləri ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımları müzakirə edib. Ekspertlər iki ölkə arasında sülhə nail olunması səylərində bu addımların əhəmiyyətini qeyd edir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə ABŞ-ın regionda diplomatik aktivliyi, ABŞ-Azərbaycan əlaqələri, Azərbaycan və Ermənistan arasında sülh prosesi və Azərbaycanın enerji təchizatçısı kimi rolunu şərh edib.
Robert Sekuta: Azərbaycan Avropa və qlobal enerji təhlükəsizliyinin qurulmasında rolu məsuliyyətlə yerinə yetirib
Your browser doesn’t support HTML5
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə ABŞ-ın regionda diplomatik aktivliyi, ABŞ-Azərbaycan əlaqələri, Azərbaycan və Ermənistan arasında sülh prosesi və Azərbaycanın enerji təchizatçısı kimi rolunu şərh edib.