Azərbaycanda səfərdə olan Venesuela Prezidenti Nikolas Maduronun nümayəndə heyəti koronavirusa yoluxub

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro

Azərbaycanda səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun nümayəndə heyətinin üzvlərinin COVID-19 testinin nəticələri pozitiv çıxıb.

Bu barədə Azərbaycanın dövlət agentliyi AZƏRTAC məlumat yayıb.

Məlumatda deyilir ki, Prezident İlham Əliyev iyunun 17-də Azərbaycanda işgüzar səfərdə olan Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

“Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır," AZƏRTAC qeyd edib.