Xəzər regionunun neft-qaz və enerji sektoru ilə bağlı olan Bakı Enerji Həftəsi 3 tədbiri özündə birləşdirib: 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.
Your browser doesn’t support HTML5
İyunun 1-dən 3-dək davam edəcək bu sərgilər və foruma 30 ölkədən 249 şirkət qatılıb.
Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Türkiyə, Yaponiya, Yunanıstan, Özbəkistan kimi ölkələr yer alıb.
Yerli və xarici şirkətlər öz stendlərində ziyarətçilərə neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları təqdim ediblər.
Tədbirin layihə rəhbəri Nailə Əliyeva bildirib ki, stendlərdə Fərqli məhsullar göstərilir:
"Neft və qaz sahəsində və energetika sahəsində istifadə olunan materiallardan, ekspozisiyalar. Biznes proqramı da var sərgimizin. Fərqli danışıqlar aparılır, prizintasiyalar, speakinglərimiz var. Neft və qaz, energetika sahələrinin ekspozisiyalarında fərqli məhsullar göstərilir".
Tədbirə gələn qonaqlara enerji sənayesinin təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsulları görmək, əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün imkan yaradılıb.
Bakı Enerji Həftəsi çərçivəsində, həmçinin, İkitərəfli Biznes Görüşləri (B2B) keçirilir. Görüşlərin aktual mövzuları əhatə edəcəyi bildirilib.
Forumun yekunu olaraq iyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək.