Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb

Mark Libby

Amerika Birləşmiş Ştatlarının Prezident Co Bayden mayın 25-də Mark Libbinin (Mark W. Libby) bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizədliyini irəli sürüb.

Onun namizədliyinə Senatda baxılacaq.

Namizədliyi təsdiqlənərsə, hazırda Vaşinqtonda Milli Hərbi kollecdə Dövlət Departamentinin müşaviri vəzifəsində çalışan M .Libbi Bakıya gələcək.

Mark Libbi Vaşinqtonda yerləşən Milli Hərbi Kollecində Dövlət Departamentinin müşaviridir. O, ABŞ-ın Brüsseldəki missiyasında rəhbər müavini və Avropa İttifaqındakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. ABŞ-ın Varşava, Nassau, Nikosiya və Bağdaddakı diplomatik missiyalarında siyasi məsləhətçi kimi fəaliyyət göstərib.

Rəsmi məlumata görə, onun Vaşinqtondakı təyinatlarına müşahidəçi, daha sonra isə Dövlət Departamentinin Operativ Mərkəzində böhran idarəçiliyi üzrə direktor müavini, Mərkəzi Avropa İşləri İdarəsində direktor müavini, Cənubi Avropa İşləri üzrə idarənin direktoru və Diplomatik xidmət İnstitutunda istiqamətləndirmə üzrə direktor daxildir.

Daha əvvəl Libbi Dövlət Departamentinin Katibliyində işləyib, daha sonra direktor kimi geri dönüb. O, Massaçusets Taftsa Universitetində bakalavr dərəcəsini alıb, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda ("Sciences-Po") təhsil alıb; o, görkəmli məzunu olduğu milli hərbi kollecdə magistr dərəcəsi almışdır. O, polşa və fransız dillərini mükəmməl bilir.

Hazırda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerdir. Onun səlahiyyət müddəti bu ilin iyulunda başa çatır.