ABŞ Prezidenti Co Bayden Yaponiyada səfərdədir

Your browser doesn’t support HTML5

ABŞ Prezidenti Co Bayden Yaponiyada səfərdədir

ABŞ prezidenti Co Bayden Şimal-Şərqi Asiyaya iki ölkəyə səfərini davam etdirərkən Çinə qarşı iddialı mövqe nümayiş etdirib. Bu, ABŞ-ın həm iqtisadi, həm də hərbi baxımdan regiona sadiq olduğunu nümayiş etdirmək səylərinin bir hissəsidir.

Co Bayden Çinin işğalı təqdirində ABŞ-ın Tayvanı müdafiə edib-etməyəcəyi sualına birbaşa cavab verib.

“Bu, qəbul etdiyimiz və üzərimizə götürülmüş öhdəlikdir”.

Bu, Baydenin ABŞ-ın bu məsələdə çoxdan qəbul etdiyi “strateji qeyri-müəyyənlikdən” uzaqlaşmaq sahəsində son addımıdır.

Çin demokratik Tayvana separatçı vilalət kimi baxır və lazım gəlsə, onu zorla geri alacağına söz verir. Çinin Xarici işlər nazirliyi Baydenin şərhlərini pisləyib.

“Heç kim Çin xalqının milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etməkdə qəti qərarını, möhkəm iradəsini və güclü qabiliyyətini qiymətləndirməməlidir. 1,4 milyard çinliyə qarşı çıxmayın” deyə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.

Çin Baydenin Tokio səfəri zamanı hərbi məsələlərdən daha çox diqqət mərkəzində olub.

Bayden ABŞ-ın Asiyada iqtisadi iştirakını nümayiş etdirmək üçün bir təşəbbüsün başlanğıcını açıqlayıb. İndiyədək 12 Asiya ölkəsi danışıqlara qoşulmağa razılıq verib - bu, təsirli rəqəmdir, RAND Korporasiyasından Derek Qrossman deyib.

"Düşünürəm ki, administrasiya müxtəlif iqtisadi, fərqli siyasi sistemlərə malik müxtəlif ölkələrin geniş spektrini IPEF-in heyətinə cəlb etməklə olduqca yaxşı iş gördü."

Lakin tənqidçilər iş cədvəli üçün hələ kifayət qədər məzmun olmadığını və bunun icbari olmadığını qeyd edir.

“Qarşı tərəfdən, çinlilər hökmən həmin o sövdələşmələri kodlaşdırmağa çalışırlar. Zənnimcə, ABŞ-ın bunu etməməsi problematikdir. Əgər biz, deyilənə görə - Çinlə ekstermal rəqabət aparırıqsa - onda biz onların etdiklərini etmirik. Və belə görünür ki, onlar bu işin öhdəsindən daha yaxşı gəlir”- deyə, RAND Korporasiyasından Derek Qrossman bildirib.

Bayden vətənə dönmədən əvvəl qismən Çini cilovlamaq cəhdi kimi qəbul edilən regional demokratiyalar qrupunun iclasında iştirak edəcək.