Əfqanıstanda qadın proqram aparıcıları ölkənin islamçı Taliban hakimiyyətinin yeni fərmanını yerinə yetirərək, bazar günü üzlərini bağlayaraq efirə çıxıblar.
Doqquz ay əvvəl hakimiyyəti ələ keçirəndən bəri yalnız kişilərdən ibarət müvəqqəti Taliban hökumətinin qadın və qızları bir sıra ağır məhdudiyyətlərə məruz qoyması beynəlxalq tənqidlərə səbəb olub.
Keçən həftə İslam şəriət qanununun Taliban tərəfindən tətbiq etdiyi qaydaları şərh etmək və tətbiq etmək tapşırığı olan Əxlaqın Təşviqi və Nöqsanların Qarşısının Alınması Nazirliyi Əfqanıstanda bütün televiziya kanallarına qadın aparıcıların ekranda üzlərini örtməyə başlamasını əmr edib.
Bazar günü TOLO news, Ariana Television, Shamshad TV və 1TV daxil olmaqla, əsas tele kanalların qadın aparıcıları və jurnalistlər xəbər proqramlarını tam hicab geyinərək və yalnız gözlərini açıq qoyan üz örtükləri taxaraq yayımlayıb. Taliban bundan əvvəl qadın aparıcılardan baş örtüyü taxmağı tələb etmişdi.
"TOLO news" xəbər agentliyinin qadın işçiləri əvvəlcə üzlərini örtməyə qarşı çıxdıqlarını, lakin Talibanın əmri pozanların işdən çıxarılmasını istəyərək işəgötürənlərə təzyiq göstərdiyini bildiriblər.
"TOLO news" kanalının direktorunun müavini Khpolvak Sapai bildirib ki, onun kanalına Talibanın əmrinə ciddi əməl etmək və işçi heyətini buna əməl etməyə məcbur etmək tapşırılıb.
"Dünən mənə telefonla zəng etdilər və sərt ifadələrlə bunu etməyi tapşırdılar. Ona görə də biz bunu öz seçimimizlə deyil, zorla edirik", Sapai deyib.
TOLO news kanalında kişi həmkarlar da qadın işçilərlə həmrəy olmaq üçün üz örtüyü taxıblar.
"Bu gün dərin kədər içindəyik", Sapai sosial media yazdığı şərhdə yazıb.
Artıq Əfqanıstan telekanallarına qadınların yer aldığı drama və serialların yayımlanması qadağan edilib.
Əxlaqın Təşviqi və Nöqsanların Qarşısının Alınması Nazirliyinin sözçüsü medianın Talibanın kanallarda çalışan qadın aparıcılara qarşı olması ilə bağlı iddialarını təkzib edib.
"Bizim onları ictimai səhnədən uzaqlaşdırmaq, kənarlaşdırmaq və ya onların işləmək hüquqlarını əlindən almaq niyyətimiz yoxdur", Məhəmməd Akif Sadeq bildirib.
Bu ayın əvvəlində Taliban əfqan qadınları ictimai yerlərdə üzlərini örtən çadra geyinməli olduqlarını tələb edən fərman verib. Nazirlik açıqlamasında bildirib ki, fərmana əməl etməyən qadınların kişi "qəyyumu," yəni atası, qardaşı və ya əri xəbərdarlıq alaraq, üç gün müddətinə həbs oluna bilər. Açıqlamada qeyd olunur ki, qadın fərmanı pozmağa davam etsə, onun qəyyumu daha sərt cəza almaq üçün məhkəmə qarşısına çıxarılacaq.
SEE ALSO:
Taliban əfqan qadınlara ictimai yerlərdə çadra geyinməyi əmr edibFərmana əsasən, dövlət orqanlarına qadın dövlət qulluqçularının geyim qaydalarına əməl etmədikləri təqdirdə onları işdən çıxarmaq səlahiyyəti verilir, kişi işçilər də qadın qohumları buna əməl etmədikdə işdən uzaqlaşdırılma riski ilə üzləşirlər.
Taliban qadınların əksəriyyətinə yaxın kişi qohumunun müşayiəti olmadan iş yerlərinə qayıtmamağı və ya uzun yol səfərlərinə çıxmamağı tövsiyə edib. Yaşı 12-dən yuxarı olan orta məktəbli qızların dərsləri bərpa etməsinə icazə verilməyib.