Fəallar 14 may aksiyasında qarşılaşdıqları polis zorakılığını təsvir edir

Mayın 14-də bir qrup fəal Bakıda, Fəvvarələr Meydanında ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz məqsədilə aksiya keçirib. Təşkilatçıların məlumatına görə aksiyada 30-a yaxın fəal saxlanılıb. Polis daha sonra saxlanılan etirazçıları sərbəst buraxıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyini bildirib.

14 may yürüşü iştirakçıları isə Daxili İşlər Nazirliyinin aksiyanın insidentsiz keçməsi ilə bağlı dəyərləndirməsi ilə razı deyil. Aksiyanın bir neçə iştirakçısından polisin davranışı haqda təcrübələrini bölüşməyi xahiş etdik:

Zaur Əkbər: “Polis idarəsində özümü çox ağır hiss edirdim, hətta gəzə bilmirdim”

Your browser doesn’t support HTML5

Zaur Əkbər

“Biz, aksiyaya qatılanlar polislərin kardonlarının arasında sıxılmaya məruz qaldıq. Amma bu sıxılmada da mən deyim ki, aşırı zorakılıq göstərildi. Şəxsən mənə bir polis baş leytenantı qursaqdan aşağı və sağ bud nahiyəmdən zərbə endirdi. Ətrafda oturduqdan sonra mən Səbail rayon Polis İdarəsinin rəis müavininə yaxınlaşdım. Orxan müəllimə, soyadını unutmuşam. Bizim aramızda xoş olmayan polemika yarandı və o, məni həbslə hədələməyə cəhd etdi. Baxmayaraq ki, mən ona dedim ki, mən hüquq müdafiəçisiyəm. O, məni öz yanında olan mülki geyimli şəxslər vasitəsilə apardı maşına, otuzdurdu. Məni gətirdilər Bayılda yerləşən 8 saylı Polis İdarəsinə. Bura gəldikdə isə, mən özümü çox ağır hiss edirdim, hətta gəzə bilmirdim.”

Afiəddin Məmmədov: “Sanki torba atırmışlar kimi içəri atdılar”

Your browser doesn’t support HTML5

Afiəddin Məmmədov

“Şüarlarımızı səsləndirən zaman insanlar da toplaşdı bizim ətrafımıza və biz yürüşümüzü başlatdıq. Bir az qarşıya gedəndən sonra artıq bizi, yürüşə gedən insanları polislər çəmbərə aldılar. İlk öncə bizi çəmbərdə sıxışdırdılar. Arada hətta bəzi jurnalistlər də var idi ki, çəmbərdə yerə yıxıldı. Hətta ürəyi sıxılıb yıxılanlar da oldu. Bu boğanaqda bir nəfər mülki formalı polis əməkdaşı mənim qolumdan tutaraq çəkib, o fürsətdən istifadə edib çıxardı bayıra. Oradan çəkə-çəkə gətirdi McDonald’s-ın qarşısına. McDonald’s-ın qarşısına gələndən sonra artıq 4-5 polis, həm mülki formada olan, həm rəsmi formada olan polis əməkdaşları biri başımdan vuraraq, biri qolumu buraraq, biri boynumu bükərək məni belə sıxa-boğa sala-sala maşına basdılar. Maşına da belə normal bir şəkildə daxil etmədilər, qaldırdılar yuxarı və içəri atdılar. Sanki torba atırmışlar kimi içəri atdılar”.

Sənubər Heydərova: “Jurnalistin saçını dartdılar ki, sən yenə gəlmisən?”

Your browser doesn’t support HTML5

Sənubər Heydərova

“Biz polis kardonunun yanında qalan axırıncı sıra idik. Məndən əlavə bir neçə qız var idi. Onlardan biri jurnalist idi, biri aktivist idi və hər dəfə əmr gələndə onlara, itələşmə davam edəndə, bizə dizlə, dizi qaldırıb vurmaqla, bir də arxadan ayağımıza təpiklər vurmaqla irəliyə getməyə məcbur etməyə çalışırdılar. Hamı bir birindən tuturdu ki, aşmasın. Bu zaman polislərdən biri belə [sinəsini-red] tutdu və sağ tərəfdən möhkəm sıxaraq məni irəliyə doğru itələdi. Ondan sonra bir dənə də təpik yedim, dizlə. Dizlə qaldırıb təpik vurdular. Jurnalist qızın saçını dartdılar ki, sən yenə gəlmisən? Bütün bu şeylərə baxmayaraq, bunların heç biri kadra düşmürdü, çünki hamısı beldən aşağı zərbələr idi.”

Əli Məlikov: “Elə mühit yaradırdılar ki, insanlar bir-birlərini əzsinlər”

Your browser doesn’t support HTML5

Əli Məlikov

“Polislər ətrafımızda 3 dəfə halqa almağa başladılar. Belə oldu ki, aksiya iştirakçılarını itələyib, yıxdırırdılar yerə. Elə mühit yaradırdılar ki, insanlar bir-birlərini əzsinlər. Polis aktiv şəkildə iştirak edən hamını çəkirdi o halqaların içindən və başlayırdı döyməyə. Qarına təpiklər vururdu, saç yolurdu. Elə oldu ki, məni 2-3 dəfə çəkməyə çalışdılar, lakin biz qol-qola girdiyimiz üçün dostlar qoymadı məni aparmaqlarına. Daha sonra bir az addımlayanda artıq polislər bizim bədənlərimizə toxunurdu, başlayırdılar sonra söyüş söyməyə dalımızca. Mən də etiraz olaraq, mən də qayıtdım onlara reaksiya verdim ki, siz necə bunu edə bilərsiniz? Belə oldu ki, onlar məni anidən qolumdan dartıb çəkdilər. Saçımdan çox bərkdən 2 nəfər, ya 3 nəfər idi tutdular, dartdılar və boynum ağrımağa başlayanda artıq bu tərəfə dedim ki, buraxın qoy gedim polislərin yanına, nə olur olsun da. Çünki boynum sına bilərdi. Məni çırpdılar yerə ayaqlarım hələ də yara içindədir və günlərdir ağrıyır, qolum ağrıyır, qolumdan təpik vurdular, ayağımdan təpik vurdular. Daha sonra mənim əlimdəki bayrağı da alıb polislərdən biri dişini ağarda-ağarda üzümə gülməyə başladı, təpiklədilər sonra da atdılar bayrağımı”.

Fərid İmanov: “Bizi boğaraq və yumruqla vuraraq götürdülər”

Your browser doesn’t support HTML5

Fərid İmanov

“Yürüşümüzə davam etdikdə artıq mülki polislər və digər çevik polislər göndərdilər üzərimizə və bizə zorakılıq göstərib bir çevrəyə almağa başladılar. Müxtəlif təpik, yumruq, qəstli şəkildə sıxılmalar var idi, nəfəsimizi kəsirdilər qəstlə ki, biz yürüşümüzə davam edə bilməyək. Məni bir dəfə cəhd etdikdən sonra, Emin İbrahimovla biz qol-qola girdik və bizi üç dəfə cəhd etdilər götürə bilmədilər. Üçüncü dəfə biz götürdüklərində özümüzü məcbur olub yerə yıxmalı olduq, mən dizimdən və qolumdan xəsarət aldım orada. Ardıyca polis gördü ki, götürə bilmir, zorakılıqla, boğaraq götürdü, boğduqdan sonra yumruqla vurmağa başladı. Boğazımdan və ağzımdan tutdu ki, şüar qışqırmayım və ümumiyyətlə bir şey deməyim. Təxmini məni 20-30 saniyə boğaraq üç nəfər polis götürdü, iki nəfər – biri ayağımdan, biri də boğazımdan və ağzımdan tutmağa başladı və boğmağa başladılar. Ardıyca məni iki polis maşının yanına apardılar”.