ABŞ Azərbaycanda əqli mülkiyyətin qorunması ilə bağlı seminar təşkil edib

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson

Mayın 17-də ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı, Azərbaycan Ədliyyə Akademiyası və Azərbaycan Əqli Mülkiyyət Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın məhkəmə hakimləri üçün keçirilən seminarda açılış nitqi ilə çıxış edib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfilirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, seminar Azərbaycanda indiki zamanda və gələcəkdə əqli mülkiyyətin qorunması üçün güclü institusional potensialın və çərçivənin yaradılmasına dəstək məqsədi güdür.

Seminara ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsinin hakimi Bernis Donald və Federal Magistrat Hakimi Bekki Torson təlimçi qismində cəlb olunub.