Rusiya prezidenti Vladimir Putinin İsrailin baş naziri Naftali Bennettdən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu həftənin əvvəlində səsləndirdiyi anti-semit fikirlərinə görə üzr istədiyi bildirilir.
"Baş nazir Lavrovun sözlərinə görə, prezident Putinin üzrxahlığını qəbul edib və ona yəhudi xalqına və Holokostun xatirəsinə münasibətini aydınlaşdırdığına görə təşəkkür edib" - deyə, Bennetin ofisindən bildirilib.Kremldən verilən açıqlamada üzrxahlığından bəhs edilməyib, ancaq bildirilib ki, "Rusiya Prezidenti xatırladıb ki, gettolarda və konsentrasiya düşərgələrində işgəncələrə məruz qalan, cəza əməliyyatları zamanı nasistlər tərəfindən öldürülən 6 milyon yəhudinin 40%-i bu ölkənin vətəndaşlarıdır. SSRİ rəhbərliyinə müraciət edərək, İsraildə yaşayan veteranlara cansağlığı və firavanlıq arzularını çatdırmağı xahiş edib. Naftali Bennet də öz növbəsində Qızıl Ordunun nasizm üzərində qələbədə həlledici töhfəsini qeyd edib".
Mayın 1-də İtaliya televiziyası Lavrovla müsahibə zamanı prezident Volodomir Zelenski yəhudi olduğu halda Rusiyanın Ukraynanı "de-nazifikasiyası etmək" lazım olduğunu necə iddia bilər deyə sual edib.
Lavrov isə cavabında Rusiya prezidenti Vladimir Putinin Ukraynanın "de-nazifikasiyası" məqsədini müdafiə edərək Zelenskinin yəhudi irsinin Putinin mövqeyini sarsıtmadığını deyib.
"Onlar "Əgər biz yəhudiyiksə bu necə nasistləşmədir" sual edikləri zaman mənim fikrimcə, Hitler də yəhudi mənşəlidir, ona görə də bu heç nə demək deyil" - deyə, Lavrov İtaliyanın Rete 4 telekanalına tərcüməçi vasitəsi ilə müsahibəsində deyib.
Lavrov iddia edib ki, uzun müddətdir biz müdrik yəhudi xalqının ən böyük anti-semitlərin yəhudilərin özləri olduğunu söylədiyini eşidirik.
İsrail Xarici İşlər Nazirliy Yair Lapid Rusiya səfirinin "bağışlanmayan, qalmaqallı və dəhşətli tarixi səhv" adlandırdığı şərhlərə görə "sərt söhbətə" çağırılacağını bildirib.
"Yəhudilər Holokostda özlərini öldürmədilər" deyən Lapid bildirib ki, "Yəhudilərə qarşı irqçiliyin ən son həddi antisemitizmdə yəhudilərin özlərini günahlandırmaqdır".
Rusiyanın işğalını tənqid etməkdə daha ehtiyyatlı davranan baş nazir Naftali Bennett də Lavrovun şərhlərini pisləyib. "Yəhudi xalqının Holokostundan siyasi xal toplamaq vasitəsi kimi istifadəyə dərhal son qoyulmalıdır" - deyə, o bildirib.
Holokostda öldürülən 6 milyon yəhudinin xatirəsinə ucaldılan Yad Vaşem abidə kompleksinin sədri Dani Dayan Lavrovun sözlərini "həqiqi nasizm qurbanlarına təhqir və ağır zərbə" adlandırıb.
İsrailin Kan radiosunda danışan Dayan deyib ki, Lavrov heç bir əsası olmayan antisemitizm konisprasiya nəzəriyyəsi yayır.
Məlumata görə, Putin və Bennet, həmçinin İsrail və Rusiyada nasist Almaniyasının məğlubiyyətinin xatirəsinə 9 May bayramını qeyd etmələri, Ukraynadakı müharibə və ikitərəfli məsələləri müzakirə edib.