Ağ Evdə Ramazan bayramı qeyd ediləcək

ABŞ prezidenti Co Bayden bazar ertəsi müsəlmanların müqəddəs Ramazan bayramı münasibəti ilə qəbul təşkil edir.

Baydenə Ağ Evdəki tədbirdə həyat yoldaşı Cill və vitse-prezident Kamala Harrisin əri Doq Emhoff qatılacaq.

"Hər kəs üçün dini etiqad azadlığı ənənəsi ölkəmizi gücləndirir və biz bu fundamental prinsipə kollektiv öhdəliyimizi qorumaq və dərinləşdirmək üçün bütün inanc və müxtəlif mənşəli amerikalılarla işləməyə davam edəcəyik" - deyə, Baydens bazar günü gecə verdiyi bəyanatda bildirib.

"Bu il biz bayramı Ağ Evdə qeyd etmək və xalqımızda daha çox anlaşma və birlik yaratmaq səylərinə rəhbərlik edən ruhlandırıcı müsəlman amerikalıları şərəfləndirmək ənənəsini bərpa edəcəyik" - deyə, Prezident əlavə edib.

Keçən il Ağ Evdə bayram koronavirus pandemiyası səbəbindən virtual olaraq keçirilmişdi.

Baydenlər "dünyada bu müqəddəs bayramı ailələrindən ayrı keçirən və gələcəklərindən əmin olmayan milyonlarla köçkün və qaçqını" da yad edib. Onlar bildirib ki, millət "dünyadakı məzlum insanlar üçün ümid işığı kimi xidmət etmək öhdəliyimizi dəstəkləməlidir".