Yeniyetməyə təcavüzdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib
Your browser doesn’t support HTML5
Aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində yeniyetməyə təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin işi üzrə məhkəmə prosesi keçirilib.
Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə bu gün məhkəmədə 3 şahid dindirilib.
Zərərçəkən Sənay Yağmurun anası Zümrüd Yağmur deyir ki, ekspert ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağazadəyə məxsus olduğunu təsdiq edib.