Bakıda “Gözqamaşdıran toxunuş” sərgisi keçirilir.

Your browser doesn’t support HTML5

Bakıda Mincəsənət qalereyasında 18-28 aprel tarixləri arasında rəsm sərgisi keçirilir. Sərgini xüsusi edən odur ki, 13 ölkədən qatılan 35 iştirakçının hamısı qadın rəssamlardır. Mincəsənət qalereyasının təsisçisi Fidan Bədəlova Amerikanın Səsinə müsahibəsində qeyd edib ki, sərginin əsas məqsədləri qadın rəssamlara dəstək olmaq və onların işlərini tanıdmaqdır. Qeyd edək ki, 28 apreldən sonra bu sərgi onlayn formada davam edəcək.