SOCAR Energy Ukraine Xarkivdə dörd yanacaqdoldurma məntəqəsinin işini bərpa edib

SOCAR Energy Ukraine gasstation in Kharkiv

Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə müəssisəsi olan "SOCAR Energy Ukraine" şirkəti Xarkiv şəhərində dörd yanacaqdoldurma məntəqəsinin işini bərpa edib.

“SOCAR Energy Ukraine" şirkətinin Facebook səhifəsində yaydığı məlumata görə, bərpa edilən yanacaqdoldurma məntəqələri aprelin 6-dan etibarən yenidən işə başlayıb.

Xatırladaq ki, Azərbaycan hökuməti müharibə başlayanda Ukraynada təcili tibbi yardım və yanğınsöndürmə avtomobillərini pulsuz yanacaqla təmin edəcəyini bəyan edib.

SOCAR Energy Ukraine “Help Ukraine!”, “No to war!" has launched a charity project

"SOCAR Blago” isə martın 3-dən “Sizin Dəstəyiniz” Xeyriyyə Fondu ilə birlikdə “Ukraynaya yardım et!”, “Müharibəyə yox!" xeyriyyə layihəsinə start verib.

Layihə çərçivəsində Ukraynada hərbi əməliyyatların qurbanları üçün dərmanların alınması üçün vəsait toplanılır.

“Layihənin məqsədi yaralıların, uşaqların və mülki şəxslərin ehtiyacları üçün xəstəxanalara tibbi və humanitar yardım göstərməkdir. Toplanan vəsait hesabına Mamalıq və Pediatriya İnstitutuna, Amosov adına İnstituta, 4-cü Kyiv Şəhər Klinik Xəstəxanasına lazımi dərman vasitələri, tibbi cihazlar, ərzaq və ərzaq malları alınır,” “SOCAR Energy Ukraine" şirkətinin məlumatında deyilir.

“SOCAR Energy Ukraine" şirkətinin əsas fəaliyyəti Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və neft məhsullarının topdan satışını təşkil etməkdir.

Ukraynanın Odessa, Nikolayev, Xarkiv bölgələrində və paytaxt Kyivdə "SOCAR Energy Ukrayna"-nin yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.

2009-cu ildə SOCAR Ukraynanın Odessa şəhərindən 5 kIilometr aralıda yerləşən, sahəsi 3,6 hektar olan "Naftonreyd" neft bazasını əldə edib. Ümumi həcmi 15250 kubmetr, illik dövriyyəsi 200 min kubmetr olan neft bazası neft məhsullarının saxlanması üçün nəzərdə tutulub.