Əziz Elxanoğlu: İrpen və Buçada demək olar ki, bütün evlər dağılıb

Turan İnformasiya Agentliyinin müxbiri Əziz Elxanoğlu hazırda Ukraynadadır. O, Buça, İrpen, Xarkiv, Kyiv və digər ərazilərdə çəkilişlər aparır. Elxanoğlu dünən Xarkivdən Kyivə gedib. Jurnalist Amerikanın Səsinə müsahibəsində regiondakı hazırki durumla bağlı danışıb.

Your browser doesn’t support HTML5

Əziz Elxanoğlu: İrpen və Buçada demək olar ki, bütün evlər dağılıb

Amerikanın Səsi: Siz dünən İrpen və Buçada olubsunuz. Oradakı durumu necə gördünüz?

Əziz Elxanoğlu: İrpen və Buça yollarında hərbi postlar qurulub. Sadə vətəndaşlar oraya buraxılmır. Yalnız həmin məntəqədə yaşayanlar buraxılır. İrpen və Buçada demək olar ki, bütün evlər dağılıb. Hər iki şəhərdə polislər və mina axtaranlar gəzir. Hər iki şəhərdə insan cəsədləri durur, hələ tam götürülməyib. Meyitlərə insanların yaxınlaşmasına icazə verilmir. Ehtimal edirlər ki, Rusiya qoşunları şəhəri tərk edərkən meyitlərin altına minalar yerləşdirə bilər. Bu səbəbdən mina axtaranlar gəlib yoxlanışlar aparmadan meyitlər götürülmür.

Ukraynada müharibə (Foto Əziz Elxanoğlunundur)

Amerikanın Səsi: Bir sıra media vasitələri həmin şəhərlərdə humanitar fəlakət yaşandığını bildirir. Ərzaq və suyun çatışamadığını yazırlar. Nə gördünüz?

O reallıqdır ki, həmin şəhərlərdə insanların həm qida, həm gigiyenik vasitələr, həm də elektriklə bağlı problemləri var.

Əziz Elxanoğlu: Hazırkı durum da elədir. İndi biz də buradakı hərbçilərlə, könüllülərlə birgə humanitar yardım aparırıq. O reallıqdır ki, həmin şəhərlərdə insanların həm qida, həm gigiyenik vasitələr, həm də elektriklə bağlı problemləri var. Böyük şəhərlərdən Buçaya, İrpenə xüsusi yardımlar gəlir. Həm qida yardımı gəlir, həm də digər yardımlar gətirilir ki, insanlar özlərini müvəqqəti olsa da, qida ilə təmin edə bilsinlər. Bu yardımları daha da artırıblar ki, insanların ehtiyacları müvəqqəti olsa da, təmin olunsun.

Ukraynada müharibə (Foto Əziz Elxanoğlunundur)

Amerikanın Səsi: Bu gecə harada gecələdiniz? Ümumiyyətlə harada gecələyirsiniz, atışamalar varmı?

Kyivdə gün ərzində bir-iki atışma səsi eşidilir, o da nadir hallarda olur.

Əziz Elxanoğlu: Biz bundan öncəki şəhərlərdə sığınacaqlarda, metrolarda, zirzəmilərdə gecələyirdik. Amma Kyivə gələndən sonra şəhərin mərkəzi hissəsində gecələyirik. Kyivdə gün ərzində bir-iki atışma səsi eşidilir, o da nadir hallarda olur. Əvvəlki vaxtlarda Kyivdə atışmalar daha çox idi. Biz Kyivin mərkəzi hissəsində gecələyirik, digər ətraf şəhərlərdə gecələməyə icazə verilmir. Polislər sənədlərimizi yoxlayır, akreditasiyanın olması təsdiq edildikdən sonra icazə verirlər. Məsləhət görürlər ki, Kyivdə qalaq. Biz mərkəzdə qalırıq və səhərisi gün təyin olunmuş istiqamətdə gedirik.

Amerikanın Səsi: Son günlər hansı istiqamətlərdə olubsunuz?

Ərazidə çoxlu sayda meyitləri var, mina axtaranlar meyitləri toplamaqla məşğul idi.

Əziz Elxanoğlu: Mən dünən Kyivə gəlmişəm. Dünən Buça və İrpenə getdik. Qostomel hava limanına gedəndə, orada çəkilişə icazə vermədilər. Dedilər ki, ərazidə çoxlu sayda meyitləri var, mina axtaranlar meyitləri toplamaqla məşğul idi. Meyitlərin altlarına mina qoyulub-qoyulmadığını yoxlayırdılar. İndi yenidən Buça şəhərinə gedirik. Oradan digər yaxın ərazilərə getmək istəyirik. Çünki həmin ərazilərdən Belarus qoşunları çıxandan sonra deyilənlərə görə, orada xırda kəndlərdəki mülki insanları öldürüblər. Biz dünən İrpen və Buçadan sonra trassla (avtomobil yolu-red) gedəndə meşədə, yolun kənarında Rusiya qoşunlarının vurulmuş tanklarını və mülki insanların vurulmuş avtomobillərini görürdük. Belə göünürdü ki, Rusiya qoşunları ərazidən çıxarkən mülki insanları öldürüb.

Buçada görüntü (Foto Əziz Elxanoğlu)

Amerikanın Səsi: Siz Kyivə Xarkivdən gəlibsimniz. Yollarda nələri gördünüz? Xarkivdə və Kyivdə əhalinin durumu necədir?

Xarkivdə hər saat həyəcan siqnalları verilir.

Əziz Elxanoğlu: Xarkivdə vəziyyət çox kritikdir. Kyivlə müqayisədə hədsiz kritikdir. Xarkivdə demək olar ki, hər saat bomba, atışma səsləri eşidilir. Kyivdə belə deyil. Xarkivdə hər saat həyəcan siqnalları verilir, insanları məcbur sığınacaqlara salırlar. Saat 3-4 olanda polislər insanlardan nəzakətli şəkildə xahiş edir ki, sığınacaqlara getsinlər. Biz orada olanda gecələr sürətli atışma səslərini eşidirdik. Hətta atılan bombalardan bəziləri bizim qaldığımız ərazilərin yaxınlığına da düşmüşdü. Müqayisədə götürəndə, Xarkivdə vəziyyət daha kritikdir. Xarkivdə mağazalar saat 3-dək işləyir, Kyivdə saat 8-dək işləyir. Kyivin mərkəzində artıq ictimai nəqliyyat fəaliyyətə başlayıb. Kofelər, mağazalar, super marketlər açılıb. Xarkivdə bu mümkün deyil. Orada kiçik mağazalar açılır.

Amerikanın Səsi: Siz yollarda nələri gördünüz? Rusiyanın çox sayda hərbi texnikası vurulub?

Əziz Elxanoğlu: Rusiaynın hərbi texnikaları vurulmasından əlavə, içərilərində Rusiya əsgərlərinin yanmış cəsədləri də var idi. Dəqiq sayını deyə biməsəm də, bir yerdə təxminən 20-30 tankı gördüm. Yol qıraqlarında hissə-hissə, kolon-kolon hərbi texnikaların vurulduğnu görmək olur.