Azərbaycan ictimaiyyəti Buça qurbanlarının xatirəsini yad edir

Bu gün, aprelin 6-da Azərbaycan ictimaiyyətinin nümayəndələri Ukraynanın Bakıdakı səfrilyinin binası qarşısına gələrək, burada Buça qurbanlarının xatirəsinə quraşdırılmış lövhənin önünə gül dəstəsi qoyaraq, onların xatirəsini yad edib.

“Ukrayna səfirliyi qarşısında Buça qurbanlarının xatirəsini yad edib, stent önünə gül qoyduq. Hər kəsi bu ziyarətə dəvət edirəm,” Demokratiya Naminə Ukraynaya Dəstək Platforması həmtəsisçisi Seymuir Həzi Facebook səhifəsində yazıb.

Bu gün Demokratiya Naminə Ukraynaya Dəstək Platforması BMT Baş Assambleyasına, Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına müraciət edərək Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukrayna ərazisində mülki şəxslərin kütləvi qətlini soyqırım kimi tanımağa çağırıb.