Bayden Putinin Ukraynaya qarşı müharibəsinin Moskva üçün strateji uğursuzluq olduğunu bildirib

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Co Bayden martın 26-da Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdə qala bilməyəcəyini və onun Ukraynaya qarşı müharibəsinin Moskva üçün strateji uğursuzluq olduğunu bildirib. "Allah xatirinə, bu adam hakimiyyətdə qala bilməz", - Bayden Varşavada izdiham qarşısında deyib. Daha sonra Ağ Ev rəsmisi Putinin “hakimiyyətdə qala bilməyəcəyini” deyərkən Baydenin Rusiyada rejimin dəyişdirilməsinə çağırış etmədiyini açıqlayıb. "Prezidentin fikri ondan ibarət idi ki, Putinə qonşuları və ya region üzərində hakimiyyəti həyata keçirməyə icazə verilə bilməz. O, Putinin Rusiyadakı hakimiyyətini və ya rejimin dəyişdirilməsini müzakirə etmirdi", - deyə rəsmi Baydenin Varşavadakı çıxışından sonra bildirib.