Rusiyanın bir aydan bir qədər çox əvvəl ölkəni işğal etməsindən sonra 10 milyondan çox ukraynalı, yəni əhalinin təxminən dörddə biri qaçqın düşüb.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) məlumat yayıb.
Təxminən 3,7 milyon insan qonşu ölkələrə qaçıb, 6,5 milyondan çox insan isə Rusiyanın işğalı başladığı 24 fevraldan bəri Ukrayna daxilində didərgin düşüb.
Qaçqın rəsmiləri deyirlər ki, daha 13 milyon insan münaqişə bölgələrində qapalı qalıb və təhlükə üzündən oranı tərk edə bilmir.
Qərbi Lviv şəhərindən BMT QAK-ın Ukrayna nümayəndəsi Karolina Lindholm Billinq deyir ki, son bir ayda Ukraynada hər şey dəyişib. O, inkişaf layihələri, evlər və sosial strukturların Rusiyanın amansız bombardmanı altında dağıntılara çevrildiyini bildirib. O deyir ki, son səkkiz il ərzində əlil uşaqlar, qocalar və bir çox digər həssas insanlar üçün əldə edilmiş bir çox inkişaf nailiyyətləri ötən ay tərsinə çevrildi və geri çəkilib.
“Biz bu gün ikinci dəfə böyüyən böyük humanitar böhranın reallıqları ilə üz-üzəyik. Ukraynadakı vəziyyətin ciddiliyini vurğulamamaq olmaz. Bir gecədə həyatlar, ailələr dağılıb. Bu gün Ukraynadakı milyonlarla insan daima ayrı-seçkilik olmadan atəşə tutulmaq və şiddətli bombardmana məruz qalmaq qorxusu ilə yaşayır”- deyə, o bildirib.
Lindholm Billinq deyib ki, BMT QAK əməkdaşları mümkün qədər çox humanitar yardım çatdırmaq üçün gecə-gündüz işləyirlər.
Rusiya qüvvələri paytaxt Kyiv ətrafında sıxışıb və ölkənin başqa yerlərində uğursuzluğa düçar olub.
KİV-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin taktikasını dəyişir və diqqətini Ukraynanın şərqindəki Donbas bölgəsinin azad edilməsinə cəmləməyi planlaşdırır.
Donetsk və Luqansk vilayətlərində Rusiyanın dəstəklədiyi üsyançılar səkkiz ildir ki, Ukraynadan ayrılma müharibəsi aparır.
BMT-nin Ukraynadakı monitorinq missiyası rəhbəri Matilda Boqner deyir ki, Rusiya bombardmançıları hökumət və üsyançıların nəzarətində olan əraziləri ayıran 500 kilometrlik təmas xəttinin hər iki tərəfində yaşayan insanlar arasında fərq qoymur.
Boqner deyib ki, bu bölgədəki bütün mülki insanlar qurbandır.
Putinin Ukraynada müharibə aparmasına haqq qazandırması Donbasda rusdillilərə qarşı iddia edilən pis rəftarın və qondarma soyqırımın dayandırılmasıdır.