Qənimət Zahid: Məhkəmə qərarının Azərbaycanda ifadə azadlığına müsbət təsiri olmayacaq

Your browser doesn’t support HTML5

Martın 24-də Avropa İnsan Hüquqları Məhkəməsi Qənimət Zahidin ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu tanıyıb. Strasburq məhkəməsinin qərarına əsasən, Azərbaycan mənəvi zərərə görə Azadlıq qəzetinin baş redaktoruna 8 500 avro təzminat ödəməlidir. Təzminatın ona dəyən mənəvi zərəri qarşılamadığını deyən Qənimət Zahid, qərarın Azərbaycanda ifadə azadlığına hər hansı müsbət təsirinin olmadığını qeyd edib.