ABŞ-ın Azərbaycandakı Səfirliyi Ukraynaya humanitar əşyalar ianə edib

ABŞ-ın Azərbaycandakı səfirliyi

Martın 9-da ABŞ Səfirliyi Ukraynanın Bakıdakı Səfirliyinə tibbi ləvazimat, uşaq əşyası, ərzaq və digər humanitar əşyalar ianə edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

“Rusiyanın Ukraynaya qanunsuz və təhlükəli işğalı nəticəsində Azərbaycan vətəndaşları da daxil olmaqlqla, Ukraynada həlak olan bütün qadın və uşaqlarla bağlı dərin hüznlə başsağlığı veririk. ABŞ-ın Bakıdakı Səfirliyi Ukrayna xalqını dəstəkləyir,” ABŞ Səfirliynin məlumatında deyilir.