İran mədəniyyət naziri: Fars dilini qorumaq üçün polis gücündən istifadə edəcəyik

Məhəmməd Mehdi İsmaili, İran mədəniyyət naziri

Maarifləndirmə və mədəni fəaliyyətlərin effektiv olmadığı hallarda, fars dili və ədəbiyyatını qorumaq üçün polis gücündən istifadə ediləcək.

Bunu İranın Mədəniyyət və İslami İrşad Naziri Məhəmməd Mehdi İsmaili “fars dili və ədəbiyyatınım mühafizəsi üzrə 13-cü iclasda” deyib.

Rəsmi IRIB News agentliyinə istinadən, nazir iş yerləri və ticarət obyektlərinə verilən adlara ciddi şəkildə nəzarət ediləcəyini bildirib.

“Qərar budur ki, biznes lisenziyaları verildiyində fars sözlərindən istifadə edilməsi həssaslıqla izlənilsin. İslami İrşad Nazirliyi səlahiyyətli orqan olaraq məsələ ilə bağlı xüsusi həssaslıq göstərəcəkdir. Lakin maarifləndirmə və mədəni fəaliyyətlərin effektiv olmadığı hallarda fars dili və ədəbiyyatını qorumaq üçün polis gücündən yararlanacayıq ki, fars dili və ədəbiyyatına ziyan dəyməsin,” İsmaili qeyd edib.

SEE ALSO: Tehran Polisi: Paytaxtda ticarət obyektləri üçün qeyri-fars adlardan istifadə etmək yasaqdır

Nazir fars dili və ədəbiyyatını qorumaq fəaliyyətində “özünə və əməkdaşlarına yaxşı qiymət vermədiyini” söyləyib, “Bu mövzuya diqqətimizi artırmağa ehtiyacımız var.”

Tehran polisi də bir neçə əvvəl paytaxtda iş yerləri və ticarət obyektləri üçün qeyri-fars adlardan istifadə etməyin qadağa olduğunu bildirmişdi.

Tehran polisinin ümumi məkanlara nəzarət bölməsinin (Əmakin) komandiri polkovnik Nadir Muradinin keçən ilin dekabr ayında söylədiklərinə görə, “paytaxtda iş yerləri və ticarət obyektlərinin adı üçün türk, kürd və lur kimi məhəlli dillərdən istifadə etmək yasaq və qanuna ziddir. İstifadə edilən adlara nəzarət edən səlahiyyətli orqan İrşad və Mədəniyyət Nazirliyidir. Nazirliyin polisə göndərdiyi təlimata əsasən, ticarət obyektlərinin adı hökmən fars dilində olmalıdır.”