Bu yaxınlarda İranın İslam İnqilabı Qvardiyası (Sepah) komandirlərlərinin sızdırılan səs yazısının yayılması Sepahda korrupsiya hallarını yenidən gündəmə gətirib. Səs yazısında elitar Qüds gücü, Sepahın Kooperativ Fondu və Tehran Bələdiyyəsində korrupsiya hallarınan bəhs edilir.
Your browser doesn’t support HTML5
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin eksperti Cəlal Rövşən Amerikanın Səsinə müdahibədə İnqilab Qvardiyasının nəzarətsiz bir orqan olduğunu ifadə edir.
Nəinki bir dövlət qurumunun Sepahın üzrəində nəzarəti olsun, tam əksinə bu Sepahdır ki, bir nəfərdən, yəni Xameneyidən güc alaraq bütün qurumların üzərində həm nəzarət, həm kontrol həm də hakimiyyət qurur.
“Sepah İranda və dünyada bənzəri olmayan bir qurumdur. Üzdə bir hərbi qüvvədir. Amma bununla bitmir. İran Konstitusiyasının 150-ci maddəsində göründüyü kimi Sepahın fərqli bir missiyası vardır; İnqilabı və inqilabın əldə etdiyi [nailiyyətləri] mühafizə etmək. İranda asayişi təmin etmək üçün polis təşkilatı var. Klasik ordunun (Arteş) da missiyası torpaq bütünlüyü və sərhədləri qorumaqdır. Ancaq Sepahın spesifik olaraq bir missiyası yoxdur,” Cəlal Rövşən söyləyir.
O hesab edir ki, Sepaha tanınan missiyanın bu qədər qeyri-müəyyən olması onun çox geniş sahələrə yönəlməsinə imkan verir.
SEE ALSO: Şərqi Azərbaycan vilayətində İnqilab Qvardiyasına mənsub müdirlərin sayı artır“Sepahın vəzifəsi və ya quruluş amacına baxdığımız zaman inanılmaz qeyri-müəyyən, çox geniş və hər tərəfə yönələ bilən bir xətti görünür. Əslində spesifik bir xətt də çəkilməyib. Yəni, inqilabı və inqilabın əldə etdiyi [nailiyyətləri] mühafizə etmək nə demək? Bunun içində hərbi fəaliyyətlər var, içində strukturlar var, neft var, daxili və xarici təhlükəsizlik var. Dünyanın heç bir yerində heç bir ordu tapa bilməzsiniz ki, ölkə xaricindəki əməliyyatlar üçün içində ayrı bir ordu qurulsun, sepahın Qüds gücü kimi.”
Sepahın vəzifəsi və ya quruluş amacına baxdığımız zaman inanılmaz qeyri-müəyyən, çox geniş və hər tərəfə yönələ bilən bir xətti var.
Rövşən İranda İslam Qvardiyasının fəaliyyətləri üzərində heç bir nəzarətin olmadığını, əksinə digər dövlət qurumlarının Sepahın nəzarəti altında olduğunu vurğulayır.
“Sepahın sxeminə baxdığımız zaman tək bir gücə bağlıdır. O da, əlbəttə ki, İranın dini, siyasi və hərbi lideri Xameneyidir... İranda mövcud olan hər bir qurumun paraleli Sepahın da içində vardır. Yəni, nəinki bir dövlət qurumunun Sepahın üzrəində nəzarəti olsun, tam əksinə bu Sepahdır ki, bir nəfərdən, yəni Xameneyidən güc alaraq bütün qurumların üzərində həm nəzarət, həm kontrol həm də hakimiyyət qurur,” deyə siyasi şərhçi qeyd edir.
SEE ALSO: “İran Azərbaycanındakı yeni vali təyinatları bir inqilab və ya çevirilişdən sonrakı təyinatlar kimidir”Cəlal Rövşən müsahibədə həmçinin bir Sepah generalının Şərqi Azərbaycan vilayətinə vali təyin olunması və Ərdəbilin cümə imamı Seyyid Həsən Amilinin Sepahın elitar Qüds gücü ilə yaxın əlaqəsinə diqqət çəkərək İslam İnqilabı Qvradiyasının İran Azərbaycanındakı nüfuzunun artdığını dəyərləndirib.